Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrında yeni tamaşalar hazırlanır
19.01.13 03:21

85 illik yubileyinə hazırlaşan Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk həftəsi 4 yeni tamaşanın hazırlanmasına start verilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, S.S.Axundov və A.Şaiqin “Qaraca qız” əsəri əsasında eyniadlı tamaşa üzərində Xalq artisti Vaqif Əsədov yaradıcılıq prosesi aparır. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada Əməkdar artistlər G.Nəbiyeva, L. Vəliyeva, S. Məmmədov, aktyorlar V.Mehrəliyev, M. Dadaşov və başqaları çıxış edəcəklər.

Teatrın yeni quruluşda tamaşaçılara təqdim edəcəyi ikinci tamaşa Bolqar yazarı Panço Pançevin “Dörd əkiz qardaşın nağılı” əsəridir. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazlar üzərində Əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Anar Səfiyev, Zümrüd Quliyeva, Sona Babayeva və teatrın başqa aktyorları işləyirlər. 

Kollektivin hazırda üzərində məşq etdiyi 3-cü tamaşa İsveç yazarı və tanınmış teatrşünas Lars Nurenin “Müharibə” əsəridir. Tamaşa teatr Baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun təqdimatında səhnədə olacaq. Tamaşada əsas obrazları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Nigar Məmmədova, Roza İbadova, Rasim Cəfərov ifa edəcəklər.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində teatr məktəbliləri yeni tamaşa ilə sevindirəcək. Bu dəfə onlar M.Müfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı izləyəcəklər. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev,  Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev və başqaları ifa edəcəklər.

Sözügedən yeni tamaşaların premyeraları bu ilin fevral və mart aylarında baş tutacaq.

URL / WWW
http://kelam.az/article/a-7726.html