Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Kriminal avtoritet “Ded Xasan” öldürülüb
17.01.13 02:28

Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A. Usoyan “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.  
Rusiya Dövlət Dumasının komissiya sədri İrina Yarovaya kürd mafiya lideri olaraq tanınan Ded Həsənin öldürülməsinin ictimai baxımından təhlükəli bir hal olduğunu söyləyib. Yarovayaya görə bu heç də ölkənin mafiya döyüşlərinin yaşandığı 1990-cı illərə dönmə təhlükəsi demək deyil.  
Ded Həsənə qarşı törədilən sui-qəsdin yaxşı təşkil edilmiş bir hücum olduğunu deyən İ.Yarovaya polisin günahkarları tapacağına inandığını bildirib.  
Rusiya Daxili İşlər Nazirliyi isə sui-qəsddə mafiyalararası qanlı döyüşlərin baş vermə riski olduğunu söyləyib.  
URL / WWW
http://kelam.az/article/a-7722.html