Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisin deputatları Sudana gedir
17.01.13 02:19

Sabah Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının  konfransı ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Sudana səfərə gedirlər. Yanvarın 23-dək davam edəcək tədbir  çərçivəsində  təşkilatın İcra komitəsinin, Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit,  Mədəni və hüquqi  məsələlər, Sivilizasiyalar və dinlərarası  dialoq,  İnsan hüquqları və ailə məsələləri  üzrə  komitələrin  iclasları, həmçinin  Konfransın 8-ci  sessiyası keçiriləcək. toplantılarda  sülh məqsədləri üçün müasir  texnologiyalardan  istifadə,  Yaxın Şərqin nüvə  silahından  qorunması, Sudanın suverenliyinə dəstək, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi,  təhlükəsizlik məsələləri barədə fikir  mübadiləsi aparılacaq. 
Tədbirdə Azərbaycan  ərazilərinin ermənilər  tərəfindən işğalı,  qaçqın  və məcburi köçkünlərin vəziyyəti  barədə   müzakirələr  keçiriləcək.   
URL / WWW
http://kelam.az/article/a-7720.html