Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır”
16.02.10 03:26

Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə keçirdiyi brifinqdə bildirib. "Mən bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət etmişəm. O bildirib ki, Ermənistan tərəfi "baza prinsipləri" üzrə razılaşdırılmamış məqamlara dair təkliflərini hələ də təqdim etməyib. Bizim mövqeyimiz məlumdur. Biz Dağlıq Qarabağın gələcək statusunu Azərbaycan və Ermənistan vətəndaşlarının birgə yaşamaları şərti ilə Azərbaycanın tərkibində görürük",-deyə E.Məmmədyarov vurğulayıb. Onun sözlərinə görə, hazırda nizamlanma prosesi irəliləyir və Azərbaycanın Madrid prinsiplərinin yenilənmiş variantının qəbul edilməsində maraqlı olduğunu söyləyib. "Əgər proses irəliləyirsə, deməli sual yaranır: bəs bundan sonra? Bu sualı danışıqların digər iştirakçıları özlərinə verməlidirlər",- deyə E.Məmmədyarov bildirib.
URL / WWW
http://kelam.az/article/a-772.html