Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb
16.01.13 03:35

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb. Bunu APA-ya açıqlamasında AMEA-nın I vitse prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, Konsepsiya “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında elm qarşısında duran məsələlərin icrasına nəzarət etmək məqsədilə hazırlanıb:  “Azərbaycan elminin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı 2009-cu ildə təsdiq olunub. Bu proqram 2015-ci ilə qədər elmin inkişafını özündə əks etdirir. Azərbaycan elminin bundan sonrakı inkişafı yeni hazırlanan Konsepsiyada əks olunacaq. Yanvarın 30-dək AMEA-ya tabe olan qurumlar da öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər. AMEA bu təklifləri İqtisadi İnkişaf Nazirliyinə təqdim edəcək. “Azərbaycan Elminin İnkişafı Konsepsiyası” “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkibinə daxil olacaq”.
A.Həşimov deyib ki, 2020-ci ilə qədər ölkədə uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək üçün bilik iqtisadiyyatının formalaşması, elmi tutumlu texnologiyaların, məhsulların yaradılmasını sürətləndirmək məqsədi ilə innnovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Elmi infrastruktur təkmilləşdiriləcək, elmin maddi-texniki bazası müasirləşdiriləcək. Eyni zamanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq. Bu da elmlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək, ölkədən beyin axınının qarşısını alacaq.
URL / WWW
http://kelam.az/article/a-7716.html