Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Skapenin kələkləri” komediyası Musiqili Komediya Teatrının səhnəsində
15.01.13 01:11

Musiqili Komediya Teatrının kollektivi 2013-cü ilin ilk premyerası olaraq Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi J.B.Molyerin  “Skapenin kələkləri” komediyasını təqdim edəcək. Teatrdan  verilən məlumata görə, bu komediya böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İki hissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov, ikinci rejissoru Əməkdar artist Boris Qrafkin, musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahimdir.

Qeyd edək ki, teatrın rus truppasında təqdim olunacaq tamaşada Əməkdar artist Boris Qrafkin, aktyorlar Nadejda Povelisina, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Kamil Osmanov, Elvin Əliyev, Svetlana Bulax, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov və başqaları çıxış edəcəklər. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Xalq artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada Arqant rolunda iştirak edəcək.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, “Skapenin kələkləri” komediyası Əsgər Əsgərovun rus bölməsində hazırladığı ikinci tamaşadır.
Xatırladaq ki, Ə.Əsfgərov Mark Kamolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir”, Viktor Rozovun “Şadlıq sorağında”, Nəbi Xəzrinin “Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…”, A.Kamyunun “Anlaşılmazlıq” və s. əsərlərinə quruluş verib.
Bidirilir ki, Musiqili Komediya Teatrının binasında təmir işləri aparıldığından, “Skapenin kələkləri” yaxın günlərdə Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-7710.html