Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əlillər üçün praktik əhəmiyyət kəsb edən kitab nəşr olunub
15.01.13 01:06

“Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları” adlı yeni kitab nəşr olunub. Bu haqda məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilib. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi və müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert Komissiyalarında və Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir.
Qeyd edək ki, yeni kitabda əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi meyarları, əlilliyin səbəbləri, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya müəssisəsinə qəbul edilməsi, onların bərpa-müalicə xidməti ilə, həmçinin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu arabalarla, protez-ortopedik vasitələrlə təmin olunma və s. ilə bağlı qaydalar da yer alıb. Bu isə kitabın tibbi-sosial ekspertiza və reabilitasiya xidmət ilə bağlı hüquqi maarifləndirmə baxımından əlverişli sayılır.

URL / WWW
http://kelam.az/article/a-7709.html