Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib
15.01.13 00:58

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Başsağlığında deyilir:  Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir. 

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
URL / WWW
http://kelam.az/article/a-7707.html