Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Səlahəddin Özgündüz: Mən hicab məsələsində həssas adamam
13.01.13 23:22

Əhalisi 70 milyondan artıq olan Türkiyədə təqribən 2 milyon cəfəri müsəlman yaşayır. Bugünkü müsahibimiz bu toplumun, Türkiyə cəfərilərinin lideri Şeyx Səlahəddin Özgündüzdür.

“Düşmənimiz təkfirçilərdir”

- Sirr deyil ki, cəfərilər Türkiyədə azlıq təşkil edir. Buna rəğmən, rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti kifayət qədər uğurlu alınır. Eyni zamanda, ölkənin siyasi həyatında da söz sahibisiniz. Hansı taktika, hansı strategiya nəticəsində buna nail olmusunuz?

- Biz dəfələrlə bəyan etmişik ki, bir din xadimi kimi, heç bir partiyadan deyilik. Dövlətin fəaliyyətinə icazə verdiyi bütün partiyalardan eyni məsafədəyik. Hansı partiya bizim namizədlərimizin irəli sürülməsini təmin etsə, biz də səsimizi ona verəcəyik. Hazırda da bizim tələblərimizə tam şəkildə cavab verən hansısa partiya yoxdur. Amma heç kim bizim düşmənimiz deyil: nə partiya, nə məzhəb. Hamımız Türkiyədə yaşayırıq. Bizim düşmənimiz vəhşi kapitalizm, imperializm və İslam ümmətinin qanına susayan sionizmdir. Eyni zamanda, düşmənimiz təkfirçilərdir, o kəslər ki, “mənim kimi düşünməyənlər kafirdirlər” deyirlər. İstər onlar şiə olsunlar, istərsə də sünni. Kafirlərin qətlini vacib bilənləri də qəbul etmirəm. O da elə düşünür, bu onun hürriyyət haqqıdır. Kiməsə zorla dini qəbul etdirmək olmaz. Türkiyədə can atdığımız millətin birliyi, dövlətçiliyin qorunmasıdır. İstəyirik ki, hakimiyyətimiz yaxşı olsun. Amma qeyd edim ki, nə olur olsun, hər halda dövlətsizlikdən yaxşıdır. Mən Azərbaycanı da sevsəm, İranı da sevsəm, İraqı da sevsəm, Türkiyəni mühafizə etməliyəm. Türkiyə, Allah etməmiş süqut etsə, bunların hamısı süqut edər. Türkiyə qabaqda dağ kimi durub. Eyni zamanda ölkənin bütövlüyü, bölümsüzlüyü bizim maraq dairəmizdədir. Bu, bizim daxildəki siyasətimiz. Yəni xalqın, dövlətin və torpağın birliyi.

O ki qaldı xarici siyasətə, zənnimizcə Türkiyə bütün müsəlman dövlətləri ilə yaxşı münasibətlərdə olmalıdır, hansısa məzhəb çəkişmələrinə sövq edilməməlidir. Çünki digər İslam ölkələri ilə münasibətlərdə məzhəbçilik meydana gəlsə, bu daxildə də narahatlıqlara səbəb ola bilər. Bizim bu mövqeyimizə də hamı hörmətlə yanaşır. İndi Türkiyədə yeni Konstitusiya hazırlanır, biz də müəyyən tələblər irəli sürmüşük. Üç şey təmin olunmalıdır: ədalət, hürriyyət, müsavat. Hər şey bunun üzərində qurulmalıdır. Onda heç dərdimiz olmaz. Hamı bərabər olmalıdır. Bölmək olmaz, bu kürddür, bu sünnidir, bu şiədir. Əgər belə olsa, mən də öz haqqımı istəyəcəm. Mənim qarşıma bir boşqab aş qoymaq lazım deyil. Nazirlər Kabinetimdə bir nümayəndəmi istəyirəm, Məclisdə on nümayəndəmi istəyirəm. İnsanların bərabər hüquqları tanınmalıdır. 

“Məmləkətinizin qurtarılmasımı vacibdir, yoxsa hicab məsələsi?”

- Artıq neçə ildir ki, Türkiyədə AKP hakimiyyətdədir. İqtidara gəlməzdən öncə dəfələrlə hicab problemini həll etməyə söz verilsə də, hələ ki, biz bunun şahidi olmururq. Səbəbi nədir?

- Təəssüf ki, hicab məsələsi hər zaman siyasi oyunlarda bir alət kimi istifadə edilib. Əgər Quranın əsasında sıralasaq, sizcə hicab neçənci sırada durar? Lap elə Azərbaycanın özündə? Məsələn, Qarabağ məsələsi önəmlidir, yoxsa hicab? Və ya bu dövlətə başqa yerlərdən missonerlər gəlir, Azərbaycanın demoqrafik durumunu dəyişdirməyə cəhd edirlər, çalışırlar ki, xalq dinini, məzhəbini dəyişsin. Bu vacibdir, yoxsa hicab məsələsi?

- Yəni demək istəyirsiniz ki, hicab məsələsi önəmli deyil?

- Mən elə bir şey demədim. Mən sadəcə sıralayıram. İstəyirəm bu hicab məsələsinin vaciblik baxımından neçənci sırada olduğuna aydınlıq gətirək. Mən demədim önəmli deyil. Önəmli məsələlərinizin içərisində sıralayaq, görək neçənci yerdədir? Məmləkətinizin qurtarılmasımı vacibdir, yoxsa hicab məsələsi? Səudiyyə Ərəbistanında hicab məsələsi dünyanın hər yerindən, hətta İrandan da yaxşıdır. Amma mən o hicabın bura gəlməsini istəmirəm. Amma o gəlir. Öncə ölkənizi dini və hərbi təcavüzdən qurtarın...

“Azad olsun qadın, istəyir başını bağlasın, istəyir bağlamasın”


- Amma mən Sizə Türkiyədə hicabın durumuna dair sual ünvanlamışdım, Azərbaycanda deyil...

- Türkiyədə də məsələ bundan ciddi şəkildə fərqlənmir. Bunu siyasi məqsədlər üçün istifadə edirlər. İndi baxın, o qüvvəllər hakimiyyətdədirlər, Məclisdə də çoxluq onlardadır, hökumətdə, orduda da, məhkəmə də onlardadır. Bəs həll edin də, nə oldu? Amma yox, istəyirlər hələ bundan istifadə etsinlər. CHP dedi ki, bizim hicabla işimiz yoxdur, həll edin. Amma indi də bunlar xəyali hicab düşməni yaratmağa çalışırlar. Çünki iqtidara bu məsələ üzərində gəldilər. Odur ki, hicabı siyasi məqsədlər üçün istifadə etmək olmaz. Mənim 4 qızım, 3 bacım var. Hamısına da ilk okuldan sonra oxutmadım, hicaba görə. Mən hicab məsələsində həssas adamam. Amma onun istismar edilməsinin əleyhinəyəm. Bizi aldatmaq lazım deyil. Sizin dərdiniz hicab dərdi deyil, taxta oturmaq dərdidir. Ona görə deyirəm ki, bütün məsələlərdə vaciblərimizi sıralayıb, onları bir-bir həll etməliyik. Azərbaycanda və ya Türkiyədə neçə qadının başı açıqdır – buna görə dünyada mənim başım aşağı olmaz. Amma torpağım işğal altındadırsa, millətimin nümayəndələri əsirlikdədirlərsə - mənim başım aşağıdır. Azad olsun qadın, istəyir başını bağlasın, istəyir bağlamasın. Mən öncə ona azadlığı nəsib etməliyəm, qapanmaq isə onun ixtiyarındadır.

URL / WWW
http://kelam.az/article/a-7705.html