Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Erməni tərəfin növbəti təxribatı
13.01.13 23:13

Son günlər erməni mətbuatında Bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün Azərbaycan-Ermənistan sərhəddində keçirilməsi barədə təklifi müxtəlif formalarda yozulur. QMİ bəyan edir ki, Şeyxülislam A. Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən, erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırmışdır və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmamış, söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən getmişdir.
QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhəddində baş tuta bilər.
URL / WWW
http://kelam.az/article/a-7703.html