Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əskərov: Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən ABŞ-ın yanında olub
11.01.13 21:47

“Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanısalar da, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir”. Bu barədə açıqlama ilə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin Texas ştatından seçilmiş üzvü Henri Roberto Cuellar ilə görüşündə çıxış edib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən  ABŞ-ın yanında olub. Azərbaycan NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma və antiterror əməliyyatlarında fəal iştirak edib. Z.Əsgərov bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır. 
1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman ABŞ ölkəmizə xüsusi dəstək verib. Vitse-spiker ölkələrimizin mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən söz açıb. 
Konqresmen Henri Roberto Cuellar ölkəmizin onda yüksək təəssürat  yaratdığını, bu ilin aprelində bir  qrup konqresmenlə birlikdə yenidən Azərbaycana səfər planlaşdırdıqlarını deyib. Qonaq ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanları olduğunu və bundan istifadənin faydalı olacağını söyləyib.

URL / WWW
http://kelam.az/article/a-7699.html