Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Motsartın müsiqisinə qulaq asmaq beynin gücünü artırırmı?
10.01.13 20:28

Deyirlər ki, klassik musiqi uşaqları daha ağıllı edir, ancaq elmi  sübutlarda məsələ tam başqadır. Yəqin ki, çoxları Motsart təsiri barədə eşidib. Bu ideyaya görə guya uşaqlar, hətta körpələr Mosartın bəstələdiyi  musiqiyə qulaq asarkən daha ağılıı olur. Amma bu musiqinin sizi daha ağıllı etməsi məsələsinin elmi araşdırması heç də ürəkaçan deyil. 
“Motsart təsiri” ifadəsi 1991 -ci ildə uydurulub, amma yalnız iki il bundan əvvəl Nature jurnalında bu musiqinin insanı daha ağıllı etməsi barədə araşdırma çap olunub . Əslində,  araşdırmada bu təsir ehtimal olunurdu. Mosart şübhəsiz ki, dahi olub, onun musiqisi mürəkkəbdir, ümid var ki, onun musiqisinə qulaq  asarkən azacıq da olsa o dahilikdən qular asan adama pay düşür. 1998-ci ildə Amerikada, Corciya ştatının qubernatoru Zelli Miller təklif etmişdi ki, dövlət büdcəsindən  pul ayrılsın, təzə doğulmuş hər körpəyə Mosartın musiqisi yazılmış CD verilsin. 
Mosartın musiqisi yalnız körpələrə və  uşaqlara yox, hətta heyvanlara da təsir edir. Beyin mifləri kitabının müəllifi, fizioloq Sergio Sala İtaliyada bir fermada olarkən fermer fəxrlə deyib ki, fermanın camışları üçün gün ərzində üç dəfə Motsartın musiqisi çalınırmış. Bu da camışların daha çox süd verməsinə kömək edirmiş. Mosartın musiqisinə qulaq asan tələbələr tapşırıqları daha tez həll edirlər. Ancaq elm sübut edib ki, Mosart musiqisinin təsiri cəmi 15 əqiqə çəkir. 
URL / WWW
http://kelam.az/article/a-7695.html