Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda daha bir dini icmanın fəaliyyəti qadağan edilib
10.01.13 20:23

Azərbaycanda daha bir dini icmanın fəaliyyətinə qadağa qoyulub. “Abşeron rayon Xırdalan qəsəbəsi Dini İcması”nın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şikayəti əsasında məhkəmə tərəfindən ləğv olunub.
Qeyd edək ki, “Abşeron rayon Xırdalan qəsəbəsi Dini İcması” 2004-cü il 9 iyulda Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Lakin 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini DQİDK təqdim etməli idilər. 
Ancaq həmin müddət bitənədək qeyd olunan icma yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini komitəyə təqdim etməyib. Bu səbəbdən DQİDK həmin dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib. Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsi iddianı təmin edib, dini icmanın ləğvi barədə qərar çıxarıb. 
URL / WWW
http://kelam.az/article/a-7694.html