Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azercell” reklamı Fazil Mustafanın iradına görə dayandırmayıb
10.01.13 01:06

“Azercell Telekom” MMC-nin həyata keçirdiyi bəzi kampaniyalara dair reklam lövhələri haqqında bir sıra mətbuat orqanlarda məlumat dərc olunub. Məlumatda Azercell şirkətinin “Reklam və İnformasiya İdarəsi”nin rəis əvəzinə istinad olunaraq, reklamların dayandırılması qeyd edilir. Şirkətdən bildirilib ki, “Azercell Telekom” MMC sözügedən məsələ ilə əlaqədar belə bir açıqlama verməyib, şirkətdə istinad olunan adda struktur bölməsi və vəzifəli şəxs yoxdur.
 “Eyni zamanda bildiririk ki, həmin reklamın yayımının dayandırılması ilə əlaqədar inzibati orqanlardan “Azercell Telekom” MMC-yə heç bir tələb daxil olmayıb. Sözügedən reklam kampaniyasının telekanallarda yayımı və reklam löhvələrində nümayişi kampaniyanın müddəti 20.12.2012-ci ildə bitdiyi üçün əvvəlcədən planlaşdırılmış qrafikə uyğun olaraq yeniləri ilə əvəz olunub”.
URL / WWW
http://kelam.az/article/a-7691.html