Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Kimya fənninin tədrisinə VII sinifdən başlanacaq
10.01.13 01:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında kimya fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib. Seminar iclasında Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə  TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında  həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

Növbəti seminar iclasında (Kimya fənni üzrə 15 yanvar 2013-cü il tarixdə saat 10.00-da) müzakirə davam etdiriləcək. 
Qeyd edək ki, yeni təhsil islahatına əsasən kimya fənninin tədrisinə VII sinifdən başlanacaq. Bununla bağlı seminar iclaslarında bu sinif üçün nəzərdə tutulmuş standartların necə reallaşdırılması müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-7690.html