Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aydın Mirzəzadə: “Müxalifətin parlaq namizədi yoxdur”
09.01.13 00:51

Radikal müxalifətin nəzarəti altında olan mətbuat orqanlarında gedən yazıların analizi göstərir ki, bu gün həmin düşərgənin qarşıdan gələn prezident seçkilərində iştirak edəcək parlaq namizədi yoxdur. Eyni zamanda, onlarının hər hansı birinin hansısa şəkildə səs toplayacağına, həmin düşərgəyə uğur gətirəcəyinə ümidləri yoxdur. Bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə “Yeni Müsavat” qəzetində gedən “Elşad Abdullayev prezidentliyə namizədliyini versə...” adlı yazıda əksini tapan fikirlərə, versiyalara münasibətini bildirərkən dilə gətirib. “Bu, bir tərəfdən onların cəmiyyət içərisində geniş diqqətçəkən liderlərinin olmadığını göstərirsə, digər tərəfdən, elə həmin düşərgənin özünün indiki ölkə Prezidenti İlham Əliyevi qeyd-şərtsiz qəbul etməsini sübut edir” - deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, qarşıdan gələn prezident seçkilərində iştirak etmək istəyində olan namizədlərin təxmini adları da bəllidir:
“Burada həm namizədliyi artıq irəli sürülmüş, eyni zamanda, bu günədək bir neçə dəfə seçkilərdə iştirak etmiş və hər dəfə də ağır məğlubiyyətə uğramış şəxslər, həm seçkilərdə namizədliyini irəli sürmək fikrində olan yeni simalar, həm də namizədliyi hələlik rəsmi şəkildə irəli sürülməyən, amma seçkilərdə iştirakı və qələbəsi şübhə doğurmayan cənab Prezident İlham Əliyevin adı var. Hesab edirəm ki, İlham Əliyevin həm şəxsi xarizması, həm onun yürütdüyü daxili və xarici siyasət kursu, həm də bu siyasətin məlum nəticələri indiki dövlət başçısının 2013-cü il seçkilərində də böyük səs çoxluğu ilə qalib gəlməsinə gətirib çıxaracaq. O, Azərbaycan seçicilərinin böyük əksəriyyətinin dəstəyi ilə növbəti dəfə möhtəşəm qələbə qazanacaq və yenidən ölkə Prezidenti seçiləcək. Müxalifət qəzetlərində yer alan məlum yazılar isə yuxarıda da qeyd etdiyim kimi, dövlət başçısının nəinki indiki hakimiyyətin kursunu müdafiə edənlər, elə müxalifətin özü tərəfindən dəstəklənməsinin etirafı deməkdir”.
URL / WWW
http://kelam.az/article/a-7683.html