Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 7 teleradio şirkətinin lisenziyasının uzadılması ilə bağlı müraciətlərə baxılacaq
09.01.13 00:47

Bu il Azərbaycanda 7 teleradio şirkətinin lisenziyasının uzadılması ilə bağlı müraciətlərə baxılacaq. Bunu APA-ya Milli Televiziya  və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, bunlar "SKY MAX" MMC (Ailə TV), "Baku and Boston TV Communication" MMC (B&B TV), “Azad Azərbaycan” kabel televiziyaları, ANS Müstəqil Yayım və Media Şirkəti, “Cənub” TV, “Xəzər” televiziyası və radiosu və “Aygün” TV-dir (Zaqatala).  
Qeyd edək ki, ötən il MTRŞ tərəfindən 10 teleradio şirkətinin lisenziyası uzadılıb, 2 şirkətinin lisenziyasının uzadılmasından isə imtina edilib.
URL / WWW
http://kelam.az/article/a-7682.html