Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzuları müzakirə olunub
09.01.13 00:44

Bu gün Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Təhsil naziri Misir Mərdanov ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının digər sahələrlə yanaşı, təhsil sektorunun da hərtərəfli inkişafına təkan verəcəyini bildirib.  Nazir Təhsil Problemləri İnstitutunda təhsil sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzuların araşdırıldığını qeyd edib. İnstitut direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələri və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib. Müəyyənləşdirilmiş mövzular üzrə konkret tədqiqatların aparıldığını söyləyən A.Mehrabov xüsusi olaraq ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi, beş yaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu problemləri, yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi, təlim prosesində yeni pedaqoji və İKT texnologiyalarından istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətlən¬dir¬mə və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticə¬lərin təhlili, ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, məsələlərinə önəm verildiyini açıqlayıb. A.Mehrabov, həmçinin tədqiqat mövzularında «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)» çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, ilkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi, əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri, müxtəlif regionlarda qızların ümumi təhsilə cəlb edilməsi sahəsində mövcud olan problemlər, ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlən¬məsi problemləri, ilkin müəllim hazırlığı üzrə ibtidai təhsil proqramlarının məzmununun mövcud vəziyyəti və yeni fənn kurikulumları baxımından təkmilləşdirilməsi, eləcə də digər bu kimi məsələlərin əhatə edildiyini vurğulayıb və onların mahiyyəti haqqında ətraflı məlumat verib.
Sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov bir sıra tədqiqat mövzuları barədə məlumat verib, əldə olunmuş nəticələri diqqətə çatdırıblar.
Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müəyyənləşdirilməsi ilə bağlı təkliflərini nəzərə çatdırıb və daha dolğun tədqiqatların aparılması üçün digər maliyyə imkanlarından da yararlanmağın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir Təhsil Problemləri İnstitutunun Təhsil Nazirliyi ilə birgə elmi seminarlar təşkil etməsinin əhəmiyyətindən bəhs edib, aparılan islahatların təbliği və ictimaiyyətə düzgün çatdırılması işinin əhəmiyyətinə toxunub. Aparılan elmi-tədqiqatların davam etdirilməsinin zəruriliyinə toxunan təhsil naziri əldə olunmuş nəticələrin müzakirə edilməsinin vacibliyini önə çəkib.
URL / WWW
http://kelam.az/article/a-7681.html