Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda Milli Etalon Mərkəzi açılacaq
13.02.10 03:49

Cari il aprel ayının ortalarında Azərbaycanda Milli Etalon Mərkəzinin açılışı planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib. R.Həsənovun sözlərinə görə, komitənin nəzdində yaradılan mərkəzdə qüvvə, təzyiq, sıxlıq, özlülük, elektrik kəmiyyətləri və temperatur üzrə dövlət etalonları laboratoriyaları qurulub. Əlavə olaraq isə bir sıra 2-ci səviyyəli etalonlar alınıb. Komitə sədri bildirib ki, göstərilən istiqamətlərin tam komplektləşdirilməsi məqsədilə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən Twinniq Layihəsinin maliyyə dəstəyi ilə 1 mln. avro həcmində alınan avadanlığın respublikaya gətirilməsi və quraşdırılması cari ilin aprel ayında yekunlaşacaq. Vaxt etalonunun alınaraq Azərbaycana gətirilməsinə münasibət bildirən R.Həsənov bunun strateji etalon və siyasi bir məsələ olduğunu, bu səbəbdən də bir çox iri ölkələrin bunda maraqlı olmadığını qeyd edib. O, cari ildə vaxt etalonunun daxili vəsaitlər hesabına alınaraq Azərbaycana gətiriləcəyini vurğulayıb. Qeyd edək ki, hazırda dünya üzrə vaxt etalonu yalnız ABŞ və Rusiyada istehsal edilir.
URL / WWW
http://kelam.az/article/a-768.html