Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda müxtəlif ölkələrin mədəniyyət günləri keçiriləcək
07.01.13 18:10

Azərbaycanın müxtəlif ölkələrlə dostluq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verən mədəniyyət günlərinin keçirilməsi yeni ildə də davam etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə işlər aparılır. Bildirilir ki, azərbaycanlıların başqa xalqlara məxsus sənət inciləri ilə yaxından tanış olmalarına imkan yaratmaq məqsədilə Azərbaycanda təşkil edilən mədəniyyət günləri 2013-cü ildə də təşkil olunacaq. 
Bu il Azərbaycanda İtaliya, Ukrayna, İran və digər ölkələrin mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində Azərbaycan tamaşaçıları həmin ölkələrə məxsus ekran əsərləri, teatr və musiqisi nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-7675.html