Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MM-də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi müzakirə edildi
13.02.10 03:48

Milli Məclisin (MM) bugünkü iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə edildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova əlavə və dəyişikliklərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Qanuna, Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna təklif olunduğunu bildirdi. Komitə sədri əlavə və dəyişikliklərin Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn məsələlər olduğunu söylədi. Onun sözlərinə görə, dəyişikliyə əsasən QHT-lər öz nizamnamələrində qeyd edirlər ki, dövlət və qeyri-dövlət özünü idarə orqanlarının səlahiyyətlərinə aid olan məsələlər, dövlət nəzarəti, sanksiyalar, yoxlamalar həyata keçirə bilməzlər. Eyni zamanda QHT-lərin adında görkəmli şəxslərin adlarından yalnız onların yaxın qohumlarının icazəsi olan halda istifadə edilə bilər.Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə bildirdi ki, hazırda Azərbaycanda 2483 QHT qeydiyyatdan keçib. “Onların 106-cı əcnəbilərə məxsus nümayəndəliklər və filiallardır”,-deyən Şura sədri sənədə təklif olunan əlavə və dəyişikliklərin beynəlxalq hüquqa zidd olmadığını söylədi. Məsələ ilə bağlı deputat Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Elmira Axundova irad və təkliflərini bildiriblər. Müzakirələrdən sonra sənəd təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-767.html