Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şimali Kiprdə Türkiyə səfirinə Azərbaycan Bayrağı hədiyyə etdilər
03.01.13 02:13

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Türkiyənin Kiprdəki səfiri Halil İbrahim Akça ilə görüşüblər. Belə ki, AKDC İdarə Heyətinin sədri Orxan Həsənoğlu və İdarə Heyətinin üzvləri Tofiq Hüseynov, Fərid Həsənzadə və Cəfər Mənsimin iştirakı ilə baş tutan görüşdə  Türkiyənin Kiprdəki səfiri Halil İbrahim Akça AKDC fəaliyyəti ilə yaxından tanış olub və onlarla gələcək işlərində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycan gəncliyinin bu günkü durumu,  Dağlıq Qarabağ münaqişəsi və vətənpərvərlik mövzularında fikir mübadiləsi aparılıb. 
Bundan başqa görüş zamanı  azərbaycanlı gənclərin diaspora fəaliyyətində vətəndaşlıq və vətənpərvərliyin əhəmiyyəti, türk xalqlarının birliyinin dünya inkişafına töhvəsi barəsində danışılıb. 
Eyni zamanda görüşdə iştirak edən AKDC İdarə Heyətinin sədri Orxan Həsənoğlu  Azərbaycanın son illərdəki nailiyyətləri barədə geniş məlumat verərək,  Azərbaycan gəncliyinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
AKDC-in İdarə Heyətinin sədri gələcəkdə nəzərdə tutduqları layihələr barəsində səfirə ətraflı məlumat verib. Bildirilib ki, onların təşkilatçılığı ilə Şimali Kiprdə Türk Dünyası Gənclərinin Liderlər Forumunun keçirilməsi, Kiprdə Azərbaycan-Kipr Dostluq Parkının salınması və Şimali Kipr dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatların yerləşdirilməsi təklifi irəli sürülüb. AKDC sədri O.Həsənoğlu səfirə Azərbaycan Bayrağını hədiyyə edib. 
Səfir  Kiprdə belə bir təşkilatın fəaliyyət göstərməsini sevindirici hal olduğunu bildirərək,   Türkiyənin Kiprdəki  səfiri olaraq səlahiyyətində olan məsələlərlə bağlı onlarla hər zaman dəstək olacağını söyləyib. 
URL / WWW
http://kelam.az/article/a-7669.html