Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Firəngiz Əlizadənin bəstəsi İstanbulda təqdim ediləcək
01.01.13 20:18

Yanvarın 3-də Amerikanın ulduz skripkaçısı Hillari Han İstanbulun məşhur Camal Reşit Rey konsert salonunda Xalq Artisti, professor Firəngiz Əlizadənin skripka və fortepiano üçün bəstələdiyi “İmpuls” əsərinin premyerasını təqdim edəcək. “İmpuls”əsərinin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han əsərin müəllifi ilə müqavilənin müddətini daha iki il artırıb. O, bu əsəri 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirəcəyini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.
Qeyd edək ki, Hillari Han gənc olmasına baxmayaraq çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. O, həm də italyan virtuoz skripkaçı, bəstəkar, “24 kapriz” əsərinin müəllifi Nikola Paqanininin əsərlərinin ən yaxşı ifaçısı kimi də tanınır.

URL / WWW
http://kelam.az/article/a-7668.html