Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Masallının ruhani dünyası
30.12.12 00:43

Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Mədəniyyət tarixində dinin yerini danmaq tarixin özünü danmaq deməkdir".
İslam təkcə dini ayinlər toïlusu deyil,  həm də cəmiyyətin həyat tərzindən, məişət qaydalarından, adətlərindən və  münasibətlərindən ibarətdir.  Müqəddəs Qurani-Şərif  insanın mənəviyyatını cilalayan, onu  şər əməllərdən çəkindirən örnəklərlə doludur. Azərbaycanın bir çox bölgələrində olduğu kimi Masallıda da məscidlər ibadət yeri olmaqla yanaşı savad öyrədən  yer, bilik yayan məktəb kimi fəaliyyət göstərmişdir.  Şərqin böyük dini-elmi mərkəzlərində təhsil alan yüksək rütbəli din xadımlərimiz, axundlar və şeyxlər burada əhalinin  müxtəlif təbəqələrinə  savad öyrədirdilər. Maraqlısı budur ki,  xaricdə təhsil alıb Masallıya dönən ruhanilərin əksəriyyəti Azərbaycanda təşəkkül tapan ictimai -pedaqoji  hərakatın nümayəndələri olmuşlar.
ADR-in süqutundan sonra  məscidlər, mədrəsələr, ziyarətgahlar yeni hökümətin sitəminə ürcah oldu. Ruhanilər bolşeviklər tərfindən təqib olunaraq müxtəlif cəza tədbirlərinə məruz qaldılar. Çoxları Sibirə sürgün edildi. İctimaiyyətin əsas toïlanış yeri sayılan  məscidlərin fəaliyyəti dayandırıldı. 
1929-cu ildə ərəb əlifbasının latın,  1939-cu ildə kril qrfikası ilə əvəz olunmasını təkcə dinə vurulan zərbə deyildi, əslində bu, yüz illər boyu  ərəb əlifbası ilə yazılan tarixi  və mədəni dəyərlərdən xalqı məhrum etmək idi.  Ðeïressiya illərində ərəb qrafikası ilə yazılan kitablara ögey münasibət keçmişdən üzü bəri  yaranan mənəvi əsasları sarsıtdı.  Təqibə, şantaæa məruz qalmalarına  baxmayaraq ruhani alimlər, din xadimləri əhali arasında böyük nüfuza malik idilər. Savadsızlığın tüğyan elədiyi dövrlərdə  Masallı ruhaniləri həm də mirzəlik  etmiş, əhali məktub və ərizələrini  onlara yazdırmışdır. Axundlar, şeyxlər, qazilər cəmiyyət arasında  baş verən mübahisələrin həllində  böyük və əhəmiyyətli rol oynayıblar.
Şəriət qanunlarını mükəmməl bilən şərafalı molla Fəttah axund (1806 -1886) Lənkaran mahalının qazisi kimi fəaliyyət göstərmiş, insanlar arasında barış və sülh yaradan fiqh alimlərindən biri olmuşdur.
Masallıda doğulub, boya-başa çatan din xadimləri  arasında mücdəhid rütbəsinə yüksələn və mücdəhidlik hüququ verilən neçə-neçə adlı-sanlı üləmalar olub.
Şərq ölkələrində və Qərb dünyasında  mötəbər müctəhidlər kimi  tanınan alvadılı Şeyx Hacı Həsən  axund Hatəmi, ərkivanlı Ayətullah Şeyx Ôazil Lənkərani (ata), yelağaclı Şeyx Abdulhüseyn  axund, əhmədli  Şeyx Mehdi axund, seybətinli  Şeyx Əsədullah axund,  hişkədərəli Qara axund  və  başqalarının adlarını  bu gün həmyerliləri  dini məclislərdə və mərasimlərdə fəxrlə çəkirlər.
1989-cu il  iyulun 16-da Masallı şəhər cümə  məscidi yenidən xalqın ixtiyarına verildi. Məscidin  aşılışında Qafqaz Müsəlmanları Ðuhani İdarəsinin sədri Şeyxülislam  Hacı Allahşükür Paşazadə iştirak etdi. Qonaqïərvər Masallı camaatı Şeyxülislamı və  onunla  birlikdə məscidin aşılışına gəlmiş Ðuhani İdarəsinin görkəmli nümayəndələrini  etiramla qarşıladılar. Şeyxülislam tələbə yoldaşı Hacı Mirəziz Seyidzadəni Masallı Şəhər Cümə məscidinə axund təyin etdi. Hacı Mirəziz beş il Cümə məscidində fəaliyyət göstərdi. Beş illik fəaliyyətində xalqın qəlbində xoş izlər, gözəl təəssüratlar qoydu... Qeyd edək ki, Şeyxülisalam ilk dini təhsil aldığı Masallıya bundan sonra da dəfələrlə gəlmiş,  rayonun dindarları və ictimaiyyəti ilə görüşlərdə  iştirak etmiş, onlara "Qurani-Şərif"in yeni nəşrlərini hədiyyə etmişdir. Otuzuncu illərin kütləvi cəza tədbirlərinə məruz qalmış  Masallı ruhanilərinin aqibətindən bəhs edən  "Əsrin sönməz şamları" adlı kitabi ön sözündə Hacı Allahşükür Paşazadə yazır: "Məslək və əqidə uğrunda qurban gedən şəhidləri (onları şəhid adlandırmaq caizdir) arayıb-axtarmaq, bioqrafiyalarını aydınlatmaq, talelərini araşdırmaq elmi və tarixi baxımdan böyük önəm daşıyır. Eyni zamanda, bu işin mənəvi savabı çox əhəmiyyətlidir. Bu mənada, bu ağır əməyi boynuna çəkən hər bir tədqiqatçı ikiqat hörmətə layiqdir. Çünki həm xalqın tarixini araşdırmış, həm də reïressiya şəhidlərinin ruhunu şad eləmişdir". 
Masallıda  yaşayan ruhanilər Allahın və onun rəsulu Muhəmməd Peyğəmbərin (s) dinini yüksək tutaraq istər çar, istər şura höküməti zamanında  islami dəyərləri əsrlərin sınağından  şərəflə çıxara bildilər.  XÛX əsr və XX əsrin 20-ci illərinədək Masallıdan 80 - nəfərdən çox  ruhani alim Şərqin böyük elm mərkəzlərində -İraqın Bağdad, Íəcəf, İranın Qum, Tehran, Zəncan, Ərdəbil şəhərlərində ilahiyyat və dünyəvi (məntiq, fəlsəfə, nücum, təbabaət və s.) elmlərdən ali təhsil alaraq  vətənə qayıtmış, biliklərini xalqın savadlanması və maariflənməsinə sərf etmişlər. Ağır reïressiya illərində onların bəziləri Sibirə,  Ózaq Şərqə, Qazaxstana sürgün olunmuş, bir çoxları isə  təqiblər ucbatından mühacirət həyatı yaşamış, ömürlərini qürbətdə başa vuraraq haqq dünyasına qovuşmuşdur.
Mücdəhid Şeyx Həsən Şükür oğlu Hatəmi (Bəzi mənbələrdə Alvadi və  Lənkərani) 1850 -ci ildə Təzə Alvadı kəndində anadan olmuş, İraqın Íəcəf şəhərində ali ruhani təhsili almışdır. Bağdadın elm ocaqlarında ilahiyyatdan, xüsusilə Ôiqh alimi olduğundan müsəlman hüququndan dərs demişdir. Dövrünün üç böyük alimindən biri kimi Şərqdə  böyük şöhrət qazanan müctəhid Şeyx Həsən axundun əsərlərindən İngiltərənin Kral Akademiyasında, Peterburq Óniversitetinin şərqşünaslıq fakültəsində  dərslik kimi istifadə olunmuşdur. 1942-ci ildə 92 yaşında Íəcəf şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur. Oğlu Müctəba Hatəminin məzarı Qum şəhərində  Həzrəti Məsumənin ziyarətgahındadır. 
Mücdəhid Şeyx Ôazil Hacı Bəşir oğlu Qafqazi 1892-ci ildə Ərkivan kəndində anadan olmuşdur. Lənkəranı və Qafqazi təxəllüsü ilə Şərq dünyasında dövrünün məşhur alimlərindən biri kimi tanınan Şeyx Ôazil  22 yaşında Ərdəbildə Ağa Seyyid Məhmud Ərdəbilidən dərs alıb. Bundan sonra Zəncan elmi hövzəsinə gedir, 3 il də burada təhsilini davam etdirib vətənə qayıdır. Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Ərkivan kəndindən İrana mühacirət edib, təxminən 1930-çu illərdə öz təhsilini təkmilləşdirmək məqsədilə Qum şəhərinə gəlir, Ôazil Qafqazi də bu şəhərdə qalmağı qərara alır,  üsul və fiqh dərslərini ali səviyyədə Ayətullah Hairi Yəzdidən əxz edir. Sonra Qum Elmiyyə Hövzəsinin böyük ustadlarından biri olur.  Şeyx Ôazil şiə dünyasının ən böyük mərceyi-təqlidlərindən olan Ayətullah Bürucerdi və İmam Xomeynilə yaxın dost olmuşdur. Ayətullah Bürucerdi Qum şəhərində həzrət Məsumənin (ə) məqbərəsi yanında Məscidi-əzəmi tikdirdikdən sonra günorta namazlarına imamlıq etməyi ona taïşırmışdı. O, həm də Ayətullah Bürucerdinin istifta (şəri suallara cavab) şurasının üzvü olmuşdur. 1972-ci ildə Qum şəhərində dünyasını dəyişmiş. Şeyx Əbdülkərim qəbiristanlığında torpağa tapşırılmışdır.
Oğlu Ayətullah əl-Ózma Hacı Şeyx Məhəmməd Ôazil Lənkərani (1931 -2007)
İranın müqəddəs Qum şəhərində  dünyaya göz açmışdır.  İbtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olur. Burada 6 il oxuyub bir çox elmlərə nail olduqdan sonra böyük İslam alimlərindən olan Ayətullah Burucerdi, İmam Xomeyni və Əllamə Təbətəbainin dərslərində iştirak edir.
İmam Xomeyninin başladığı şah Pəhləvi reæiminə qarşı inqilabda Ayətullah Lənkərani öz yaxın dostu Mustafa Xomeyni ilə birlikdə iştirak edir və mübarizəyə qoşulur. Dəfələrlə şah məmurları tərəfindən zindanlara salınır, sürgün edilir və bir neçə il Yəzd şəhərində sürgün həyatı yaşayır. İmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Məhəmməd Ôazil Lənkəraniyə taïşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi. 
İmam Xomeyninin və Ayətullah Ərəkininin vəfatından sonra Qum Elmiyyə Hövzəsinin Müdərrislər Yığıncağı ("Camieyi müdərrisan") tərəfindən Ayətullah Şeyx Ôazil Lənkərani İslam ümmətinə rəsmi olaraq mərcəyi-təqlidi, müctəhid seçilmişdir. 76 yaşında İranın Qum şəhərində dünyasını dəyişib. 7-ci İmam Museyi-Kazımın (ə) qızı Həzrəti Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.
Müctəhid Şeyx Hacı Əbdülhüseyn axund Mirzə İbrahim oğlu Bahbudi (Lənkərani) 1910-ci ildə Yelağac kəndində anadan olmuş, dövrünün fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənmişdir. 18 yaşında ikən (1927-ci ildə) kommunist reæiminin din və islam əleyiinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edir və Ərdəbil şəhərində "Molla İbrahim"  mədrəsəsində təhsil almışdır. Hələ tələbə olarkən Ərdəbildə "Cavanlar cəmiyyəti" təşkil edib. 1938-ci ildə Ðzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilir. Şeyx Əbdülhüseyn və başqa azərbaynanlı tələbələr İran vətəndqşı olmadıqlarına və İran qanunlarına etiraz etdiklərinə körə həbs olunuraq  Semnan şəhərinə sürgün olunurlar. Və burada  Semnan şəhərinin "Sadiqxan" mədrəsəsində müddərislik (müəllimlik) edir.  Ələvi (seyyidə) bir qadınla ailə qurub, onun evində qalır. 1940-cı ildə hökumət məmurları  onu İranın Zəncan şəhərinə sürgün etdirlər. 1943-cü ildə İran Azərbaycanı, o cümlədən, Zəncanda hökumət Azərbaycan demokrat ïartiyasının əlinə keçir. Şeyx sürgündən azad olunur. Şeyx Əbdülhüseyn gizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə gəlir.
Ayətullah Haçı Şeyx Əbdülhüseyn Lənkərani  Ôiqh elmi üzrə müctəhitlik rütbəsinə layiq görülmüşdür, 1979-cu ildə şahın devrilməsində hərakatın fəallarından və İmam Xomeyninin ən yaxın silahdaşı kimi tanınmışdır. Azərbaycan müstəqilliyini bərïa edəndən sonra Masallıya gəlib, ata-baba ocağı Yelağacda olmuşdur. O, bu gün İslam dünyasında çoxlu elmi xidməti olan ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edən körkəmli bir alim kimi tanınır.
Şeyx Əsədullah axund Əhəd oğlu  1871-ci ildə Seybətin kəndində dünyaya gəlmişdir. Gənc yaşlarında Ərdəbildə ərəb- fars dillərini mükəmməl öyrəndikdən sonra İraqın Íəcəf şəhərində ali ruhani təhsil almışdır. (Şeyxin yaxınlarının dediyinə görə o, hətta Tehran şəhərindəki Darülfünunda təhsil almışdır)
1920-c ildən Masallıda  şəriət qanunlarının vacib əməllərindən dərslər verib. 30-cu illərin ortalarında  şeyxin evini müsadirə ediblər. Özü həbs olunaraq Daşkənd həbsxanasına göndərilib. 1941-ci ildə azadlı çıxandan sonra 10 il Cəlilabadın Qarakazımlı kəndində yaşayıb. 1956-cı ildə 85 yaşında vəfat edib. Məzarı Masallı şəhər qəzristanlığındadır. Şeyxin keşməkeşli ömür yolundan "Ðuhani dünyası" kitabında ətraflı bəhs olunur.
Molla Daxıl axund Muxtar oğlu - 1876-cı ildə  Masallıda anadan olmuş, əvvəlcə İranın Zəncan, sonra İraqın Íəcəf şəhərində mükəmməl ali dini təhsil almışdır. Molla Daxıl axundun Masallı cümə məscidində oxudu moizələr təkcə ilahiyyat və dini ehkamlar haqqında deyidi. Ədəb və mərifət qaydaları, əxlaq, milli mənafe mövzusundakı söhbətlərinə görə onu  qonşu rayonlara da dəvət edərmişlər.
1937-ci ildə  61 yaşlı  axund  yalançı şahidlərin ifadəsiylə kolxozçülar arasında  əksinqilabi  təbliğat aïardığına və vergi ödəməkdən boyun qaçırdığına görə "xalq düşməni" kimi  həbsə alınmış və bir neçə aydan sonra güllələnmışdir. 
1950-ci ildə Azərbaycan SSÐ Ali Məhkəməsi Kollegiyasının qərarı ilə  Molla Daxıl axund Muxtar oğlu bəraət almışdır.
Hacı axund - Molla Məmmədqulu Abdulla oğlu 1876-cı ildə Dıgah kəndində anadan olmuş, Íəcəfül-Əşrəfdə  15 il ali ruhani təhsili almışdır. Şərəfəli Mirzə İsmayıl, səmidxanlı Mirzənəzirməmməd, digahlı Qurban  və başqaları Hacı Axunddan  ilahiyyat və dünyəvi elmlər üzrə  təhsil alıblar. Onların çoxu Masallıda ilk  maarifçı-müəllim kimi yetişmiş, ibtidai və orta məktəblərdə ïedaqoæi fəaliyyət göstərmişlər. 1937-ci ildə  axundu dövlət əleyhinə  təbliğat aïaran  şəxs kimi  həbs edirlər. Deyilənə görə Bayıl həbsxanasından ïaromla sürgünə göndərilib. !950-ci ildə bəraət verilən Hacı  axundun  ölüm xəbəri ailə üzvlərinə  1965-ci ildə (ölümündən 25 il sonra)  gəlib çatıb. Elə həmin ildə evində yac mərasimi keçirilib,  ruhuna ehsanlar verilmişdir.
Molla Qulamhüseyn axund Kərim oğlu 1878-ci ildə Ərkivanda anadan olmuşdur. Ömrünün 27 ilini dini  təhsil almağa sərf etmişdir. 1916-ci ildə Íəcəfdə ali ruhani dərəcəsi alandan sonra  vətənə qayıtmış Ərkivan və İsgəndərlidə axundluq etmişdir. Ðeïressiya illərində Yardımlıya ïənah aïaran axundu 1938-ci ildə ÍKVD əməkdaşları həbsə alıb, Bayıl həbsxanasına göndəriblər. Vətəndaşlıq hüququndan məhrum olunaraq sürgünə göndərilib. Axırıncı məktubu Vladivastokdan gələn axundun təqribən 1946-cı ildə sürgündə dünyasını dəyişdiyi ehtimal olunur. Ölümündən sonra 1957-ci ildə axunda bəraət verilmişdir.  
Haşiyə: Belə fakları çox sadalamaq olar. Din xadimləri həbs olunduqdan sonra  hara aïarılması, hansı şəraitdə öldürülməsi və ya vəfat etməsi müəmmalı şəkildə gizli saxlanılırdı. Boradigahda yaşayan Molla Məsiha və Molla İsmayıl axundu (Qara axund) Lənkəranda gəmiyə  mindirib, Bayıl limanında düşürdüblər. Molla İsamayıl axund Güləhmədli 1892-ci ildə Hişkədərə kəndində anadan olub, sonralar Boradigaha köçmüşdü. Ózun müddət Íəcəfdə oxuyub, müctəhid rütbəsi almışdı. Çox-çox sonralar Molla Məsiha Talıb oğlunun  ölüm xəbəri Kuybişev vilayətinin Íovoselsk qəsəbəsindən, Molla İsmayıl axundun "sorağı" 1941-ci ildə Kazaxctandan gəlmişdir... Boradigahlı Axund Şeyx Məhəmmədin rus əsgərləri tərəfindən qətlə yetirilməsi yaşlı adamların yadındadır. (Íurməmməd Ağa, "Boradigahım mənim" (Bakı-1997-ci il) 
Yeri gəlmişkən, "tuthatut" zamanı ruhanilər arasında həbs olunmadan, sürgünə göndərilmədən amansız təqiblərdən həyacana, mənəvi işgəncələrə dözməyib bağrı çatlayan, qəfildən ürəyi dayananlar da az deyildi. Şərəfəli Molla Dəyyan axund Hacı Şirəli oğlu 34 yaşında, sığdaşlı Molla Ðəcəb axund 66 yaşında, qızılağaclı Şeyx Əsəd axund Şeyx Ôətullah oğlu Bahadırlı 1937-ci ildə 44 yaşında, yeddioymaqlı Şeyx İbad axund həmin ildə 55 yaşında, səmidxanlı Molla İsrafil axund 65 yaşında məhz belə mənəvi terrorun qurbanları olublar.
...30-cu illərin cəza tədbirləri  təkcə elm adamlarını, din xadimlərini  sürgünə göndərməklə, güllələməklə və ya doğma yurdundan qürbət diyarlara didərgin salmaqla bitmirdi.  O vaxtlar ÍKVD tərəfindən yaradılan və  himayə olunan "Allahsızlar cəmiyyəti" məscidləri söküb-dağıdır, tarixi məbədləri, müqəddəs ocaqları yerlə-yeksan edirdi.  
Masallı ruhaniləri arasında dövrünün ictimai hadisələri  maraqlanan, dini moizələrlə bərəbar  bədii yaradıcılıqla məşğul olanlar da var idi, Belələrindən Xılda yaşayan Molla Mücrümü, Həsənlidə yaşayan Molla Abbas Ôədaini misal göstərmək olar. Yddaşlarda onların qələmə aldıqları dini mərsiyələrlə yanaşı, neçə-neçə tərbiyəvi qəzəllər, qəsidələr,  lirik və satirik şerlər qalıb.
Molla Mücrim - Hacı Mirzə Məhəmməd Hacı  Əli oğlu 1830 -cu ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Pilaçay kəndində dünyaya gəlmişdir. Ðuhani təhsilini Tehranda və Íəcəfdə alandan sonra təqribən 25 yaşında (1855-56-cı illərəd) Masallının Oncəqala kəndinə köçmüşdür. İlk dəfə burada məktəb açmışdır. Molla Mücrimün həyat yoldaşı Xıl kəndindən idi. Ona görə xıllılar onu müəllim kimi öz kəndlərinə dəvət ediblər. Ela arasında "Xıllı Molla Mücrim" kimi tanınan  Hacı Mirzə Məhəmməd  Lənkəranda Mirzə İsmayıl Qasirin başçılıq etdiyi "Ôövcül - Ôüsaha" ("Gözəl danışanlar dəstəsi") ədəbi  məclisinin ən istedadlı üzvlərindən biri olmuşdur.  "Mücrim" (günahkar) təxəllüsü ilə farca və ərəbcə şeirlər yazmışdır. 1915-ci ildə  Xıl kəndində vəfat  etmişdir.  Tələbəsi Şirəli Talıb oğlunun verdiyi məlumata görə, Mücrimin yüzlərcə qəsidə, münacat, mərsiyə və beytləri, nəsrlə qələmə aldığı  qısa hekayələrindən ibarət "divanı" 1925-ci ildə Astarxanbazarın (indiki Cəlilabadın) Köyüzbulaq kəndində yaşayan oğlu Məmmədbağır tərəfindən ədəbiyyatşünas Salman Mümtaza verilmişdir. 
 "Ya Rəbb, bizi sən şahi -şəhidanə bağışla! Lütf eylə, Xudaya,  bizi  Quranə bağışla!" və  "Kim edib, sövda sənin tək Kərbalada ya Hüseyn! Baş verib ümmət alan ruzi cəzada ya Hüseyn!" mətləli nohələri məhərrəmlik mərasimində oxunur.
Molla Abbas Ôədai ötən əsr Həsənli kəndində yaşayıb, eldə-obada Usta Abbas kimi də tanınıb. Qələmə aldığı 400-ə yaxın  nohə, mərsiyələri bu gün məscidlərimizdə Ôədai təxəllüsü ilə səslənir. Mozələrində uşağın tərbiyəsində  anaya daha çox üstünlük verirdi:

Tərbiyəli anadan övlad alsa tərbiyə,
Xeyir-bərəkət taïar, qadir olar hər şeyə...

Fədai  ədəbsiz adamları, söyüş söyənləri həmişə  məclisdə kəskin tənqid edərdi:
O, "Söyüş" qəsidəsi haqqında  yazır: 

Íə ïisdir söyüşün cinayətləri,
Artırar günbəgün ədavətləri.
Söyüşün axırı budur aşikar,
İmandan, hörmətdən düçərsən kənar. 

Molla Abbas Ôədainin təbiət, vətən haqqında şeriləri  ötən əsrin əllinci illərində 
"Yeni həyat" qəzetində dərc olunmuçdur. ("Masallı" qəzeti, iyun 1999-cu il)
Əziz Pünhan  imzasıyla  şeirlər,  qəzəllər, qəsidələr, rübailər, mürəbbelər müxəmməslər, müsəddəslər, müstəzadlar bir sözlə klassik ədəbi æanrların əksər bəhrlərində yazan Hacı Mirəziz Mirəsgər oğlu Seyidzadə  bu gün  Molla Mücrim, Abbas Ôədai  və digər qələm sahiblərinin yolunu davam etdirir. Əziz Pünhan 1949-cu ildə Türkoba kəndində anadan olub. 1968-1974-cü illərdə Buxara şəhərində Mirərəb mədrəsəsində dini təhsil alıb. Hal-hazırda Qafqaz Müsəlmanlaırı İdarəsi Ôətva şöbəsinin müdiridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru, "Kəlam" æurnalının baş redaktorudur.
Adı ürəklərə, işıq salanlar: Masallı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur.  XX əsrdə  Masallıda  Mirsəmid ağa, Hacı Mirməhəmməd ağa (Xırmandalı),  Mirhəsən ağa (Qızılağac) Seyid Ðza ağa, Seyid Sadıq ağa (Ərkivan),  Mirtağı ağa (Bədalan), Mirheydər ağa Mirqabil oğlu (Xıl), Mirheydər ağa (Bambaşı) və başqa tanınmış seyidlər olub.
Seyid Miri Seyid Musa oğlu 1927-ci ildə Mahmudavar kəndində kasıb ailədə anadan olmuşdur. Hallallığı, mərhəməti, əliaçıqlığı ilə ad-san qazanmışdı. Yetimlərə həmişə əl tutardı. Ocağında yığılan nəzir-niyazı qəïiyinəcən imkansızlara ïaylayardı. Ateizmin tüğyan elədiyi  bir vaxtda  orta əsrlərin yadigarı olan, baxımsızlıqdan uçulub -dağılan Baba Seyidağa  məqbərəsini  yenidən tikdirmiş, məqbərəyə gedən yolu təmir etdirərək, körïü saldırmışdı. Mahmudavar məscidinin bütövlükdə  inşa olunmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan ərazisində olan  bütün müqəddəs yerləri ziyarət edən Seyid Mirinin ən böyük arzusu Məkkə, Mədinə, Íəcəf, Kərbəla və Məhşəd şəhərlərindəki ziyarətgahlara getmək idi. Lakin yollar açılıb, işlər sahmana düşəndə vaxsız ölüm buna imkan vermədi. (Musarza Mirzəyev, "Çağırış" qəzeti, 1 dekabr 1993-cü il)
Hacı Mirheydər ağa Mirşəmsulla oğlu  1931-ci ildə Bambaşı kəhdində anadan olmuşdur. Taleyinə Tanrının nur ïayından düşən, ocağı cəddinə ïənah gətirənlərin  qəlbimə işıq salan mötəbər seyidlərdən biri kimi tanınmışdı. 2000-ci ildə qəfil ölümü  Masallını  sarsıtdı.  Masallının Böyük Xocavar kəndində dünyaya gəlmiş  mərhum şair Qiyas Həmid 1998-c ildə Ağanın ömür yolundan bəhs edən maraqlı kitab qələmə almışdı.  Mirheydər ağa sağlığında həmişə deyərdi: "Mənə inananlara da, inanmayanlara  da  Allah kömək olsun" 
Mirtağı ağa Mir Íağı oğlu  1901-ci ildə Bədalan kəndinin  Aşurlu məhəlləsində anadan olmuşdu. Böyük mərhəmət və kəramət sahibi idi. Seyid Mir Tağı ağa 1975-ci ildə haqqın dərgahına qovuşub.  Boradigahlı şair-ïublisist Íurməmməd Ağanın ona həsr etdiyi  "Ağa Mir Tağı - Íur ocağı" (Bakı, 1999-cu il) kitabından:
"Deyirlər,  "zəmbil - sən bil!" Ancaq  ağanın zəmbilindəkiləri təkcə özü yox, hamı bilərdi. Xalqdan gizli heç nəyi yox idi. Axşama kimi zəmbilindəkiləri kasıb-küsuba, əlsiz-ayaqsızlara elə baylarlayardı ki, bəzən evinə bomboş zənbili  və bir də əl ağacı ilə qayıdardı...
                              
Ağanın dünyada nəyi vardı ki,
Cəddi, əl ağacı, bir də zəmbili.
Hərdən qıyya çəkib qışqırardı ki,
Başına toïlasın obanı, eli.

Eldən yığdığını bölərdi elə,
Paylaya-ïaylaya gözü doyardı.
Göydən zənbil ilə düşənlər belə,
Onun zəmbilinə nəzir  qoyardı.

Gəlimli-gedimli dünya kimiydi,
Hərdən boşalardı, hərdən dolardı.
Geniş qəlbi kimi, ürəyi kimi,
Ağanın yekə bir zəmbili vardı"



Nurəddin ƏDİLOĞLÓ
Yazıçı-jurnalist
URL / WWW
http://kelam.az/article/a-7659.html