Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Poeziya
30.12.12 00:36

QƏSİDƏ

 

Ey camaat, insan olmaq bir səadətdir bizə.

Xəlq edən Rəhmanu Rahimdən səxavətdir bizə.

 

Bir ovuc torïağa can vermiş Xudayi-ləmyəzəl

Bu ətadan tək təmənnası, itaətdir bizə.

 

Kölgəsi var üstümüzdə çox günah etsəkdə biz

Hər necə bəxş eyləsə ruzi, şəfaətdir bizə.

 

Öz həbibin ümmətə qurban edən Xaliqdu bu

Hikmətu fəzlində məna bi nəhayətdir bizə.

 

Gah Rəsulundan keçər, gah balasın məzlum edər

Hikmətin dərk etməsək çox-çox cəhalətdir bizə.

 

Gah Əliyyəl Murtazanı qanına qəltan edər

Müctəba zəhrilə həm feyzi kəramətdir bizə.

 

Hansı eşq ilə Xuda gör kim sevir öz bəndəsin

Hansıdır son töhvəsi kimdi ki, hacətdir bizə.

 

Kərbəla şahi imamul insu-can məzlum Hüseyn

Şahi  bi həmta ki, sevdası əlamətdir bizə.

 

İsti qum üstündə nəşi dini bərïa eylədi 

Bu səbəbdəndir ki, dünya mülkü rahətdir bizə.

 

Ta qiyamət ol nəcibin boynumuzda haqqı var

Tarixin yad eyləmək vacib əmanətdir bizə.

 

Kərbəla dərsi, ibadət dərsi, qeyrət dərsidir.

Həşrə tək mömin sayılmaqçün kifayətdir bizə.

 

Ey xanımlar, Həzrət Zeynəb sizə ibrətdisə

Ey cavanlar Şibhi-Peyğəmbər də ibrətdir bizə.

Göstərək qeyrət vətənçün din üçün, namus üçün

Kərbəla səqqası Abbasdan xitabətdir bizə.

 

Bu əqaiqdə Əziz Pünhan kimi sidq eyləyək

Biz müsəlmanıq sədaqət çün, ədalətdir bizə.

 

QƏZƏLLƏR

 

Məskənimdir eşqə dair hər fəza, axtar məni,

Ləblərinlə ruha verməkçün cəza, axtar məni.

 

Bəxtə aldanma yalandır, taleyin əndişəsi,

Hər necə olsa qədər, olsa qəza axtar məni.

 

Söyləmişlər eşqdən bihuş olan biəqldir,

Əql ilə, ya əqlsiz sən ol riza, axtar məni.

 

Taïmamaq yoxdur deməklə bir deyil dərk eylə ki,

Yoxluğumçun tutmamış matəm, əza, axtar məni.

 

Beylə ruhəm lacüvərd göylər olubdur məskənim,

Tutsa da qara buludlar nasəza, axtar məni.

 

Sən Əziz Pünhanı gəz, axtar, dəmadəm çəkmə əl,

Qoyma ki, zəhmət çəkib hər gün yaza, axtar məni.

 

* * *

 

Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,

Qara-ağ taleyimi, gör necə əlvan yazaram.

 

Ürəyim sakit olunca, vüsalın zövqü ilə,

Hicrə can verməməyə, min dənə fərman yazaram.

 

Siz gəlin yanıma eşqin əlacın məndə taïın,

Hər kimin şikvəsi var, dərdinə dərman yazaram.

 

Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,

Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.

 

Qələmin köksümə güc gəlməyə çatmaz hünəri,

Bir nəfəs ïüskürərəm yüz dənə divan yazaram.

 

Gahi məşuqələrin mərhəmətin vəsf edərəm,

Gahi aşiqləri məşuqinə qurban yazaram.

 

Bu Əziz Pünhanı incitmə ki, ey qaşi-kəman,

Yazdığım hər qəzəli hüsnüvə ehsan yazaram.

* * *

 

Dün gecə yar ilə bir məclisi əla var idi,

Oğrun-oğrun o məhə feyzi-tamaşa var idi.

 

Ləbi ləl üstə qara xali qiyamət qoïarır,

Çeşmi məstində əcəb leylətül əsra var idi.

 

O da gizlincə mənə çeşmi-xumarın yetirir,

İncə qəlbində yəqin bir qara sevda var idi.

 

Zülfi mişkini bədirlənmiş ayı sarmış ikən,

Demə hər zülf arasında şəbi-yelda var idi.

 

Bu fəna dəhrdə vəslin adı vardır özü yox,

Mən vüsal içrə ikən bir təzə dünya var idi.

 

Movc dərya kimi gözdən tökülür indi kədər,

Elə dəryadıki hər damlada məna var idi.

 

Bir ömür zövq ilə keçdi sanki röyada idim,

Oyanarkən nə o yar vardı, nə röya var idi.

 

Eşq sirrin bu Əziz Pünhan alıb Adəmdən,

Onda dünyada nə Məcnun, nə də Leyla var idi.

 

                QOŞMA

 

Bilmirəm ulduzsan aysan, günəşsən,

Bundan artığını necə deyim mən.

Küləksən, dənizsən, odsan atəşsən,

Bundan artığını necə deyim mən.

 

Səndən alır könlüm hər cür həvəsin,

Səninçün qə deşir könül qəfəsin,

Səninçün oxuyur bülbül nəğməsin,

Bundan artığını necə deyim mən.

 

Özümü ünütdum səni görən gün,

O vaxtdan yaşadım tək sənin üçün,

Íə səndən üstün var, nə mənldən üstün,

Bundan artığını necə deyim mən.

 

Baxışımı isit, könlümü ovud,

Hər dəfə vüsala saxla bir umud,

Səninçün ağlayır gözümdə bulud,

Bundan artığını necə deyim mən.

 

Sən yaşıma baxma, cavanam, cavan,

Mən bir can verənəm, sən bir can alan,

Bu sən, bu zəmanə, bu Əziz Pünhan,

Bundan artığını necə deyim mən.

 

 

Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-7658.html