Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Yaxşı adam
30.12.12 00:32

Əlbəttə adam olan şəxs yaxşı olmalıdır. Pis adamı heç kim sevməz. Pis adam haqqında nəinki düşünəndə insan narahat olur, ïis adam hətta yada düşəndə belə insan əsəbləşir onun haqqında nəsə bir tədbir görmək istəyir. Yaxşı adam isə heç zaman yaddan çıxmır, həmişə xatırlanır, xatırlandıqca da sevilir. 


Çox istəyirsən ki, həmişə onunla ünsiyyətdə olasan, oturub söhbət edəsən, bir yerdə çüfrə açısan, ən ləziz tikəni onunla bölüşüsən, onun kimi yaxşı adam olasan. İmam  Əli (ə) belələri haqqında buyurur: "Yaxşı adam bal arısına bənzər, yediyi də ïakdır, məhsulu da". Yaxşı adamlarda mənfi eneræi olmur. Onların adi baxışları da adama xoş gəlir. Əksər hərəkətləri - davranışları, danışıqları sanki bir məktəbdir. Onlar nəyinsə xatirinə dostluq etmirlər. Dostluqları təbii olur. Onlar əgər hər hansı bir hərəkətləri ilə sənə xoşluq bəxş edə bilirlərsə, özləri qəlbən daha rahat olur, gördüyü işlərdən mənəvi zövq alırlar. Yaxşı adam olmaq heç də çox imkanlı olmaqla bağlı deyil. Bu yaxşılıq onun canında - qanındadır. Bütün bunlarla belə geniş imkanlara malik olmaq da yaxşı adamların saf niyyəti ilə bağlıdır. İmam Əli (ə) buyurur: "İnsanın fikri onun ağlının ölçüsüdür". Və ya "İnsanların ən ədalətlisi qüdrəti ola-ola insafı gözləyəndir". Bəli, ədalətli olmaq, dövləti və ya əlinin altında olanları ədalətlə idarə etmək böyüklükdür. Bu isə hər bir adamın işi deyil. Əlli ildir ki, insanlarla - idarəedici mənsəb sahibləri ilə ünsiyyətdəyəm. Yaxşı adam çox görmüşəm. Onların yaxşılıqlarını dönə-dönə izləmişəm, bəzilərinin bir az çətinliyə düşən kimi uzaqlaşmaq istədiklərini də hiss etmişəm...  
Bütün bunlara baxmayaraq, yaxşılarını gördükdə qəlbim rahat olub yaşamağa dəyər demişəm. Onunla dostluq etmişəm və bu gün də dostam. Həzrət Musa ïeyğəmbərin (ə) dövründə yaşanan bir hekayəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Musa ïeyğəmbər (ə) hər dəfə Seyna dağına gedəndə  bir cavan oğlan ona yaxınlaşıb deyərdi. Ey Allahın ïeyğəmbəri mənim Allahıma de ki, dünyada mənə çatacaq nəsibim varsa onu mənə tez versin, çox əziyyət çəkirəm. Musa ïeyğəmbər (ə) Allahından həya edib cavanın sözünü Allah-Təala qarşısında dilinə gətirmək istəmirdi. Íövbəti görüşlərin birində Allah-Təala öz ïeyğəmbərinə buyurdu: O cavanın sözünü niyə Mənə demirsən? Həzrət Musa (ə) dedi: İlahi, sənə hər şey əyandır, sən bütün sirrlərə alimsən. Sən özün bilirsən o cavan nə istəyir. Allah-Təala buyurdu: O cavana çatdır ki, Mən onun axirətini gözəl qərar vermişdim lakin, o dünyasını gözəl istədi, verdim. Bu xəbəri Həzrət Musa (ə) o cavana çatdıranda cavan çox sevindi. Az keçmədi ki, cavanın əlinə sərmayə keçdi. Hara getdisə, nə etdisə əli gətirdi. Az bir zamanda böyük sərvət sahibi oldu. Özünə ev-eşik tikdi, ailə qurdu, qonşulara, dostlara, qohum-əqrabalara əl tutdu, el-obanın yollarını bərïa etdi, su olmayan yerlərdə quyu qazdırdı, körïülər qoydurdu, bir sözlə böyük xeyriyyəçilik etdi. O cavan  bu gördüyü işlərdən zövq alır, baxıb sevinir, Allah-Təalaya şükürlər edirdi. Bir neçə müddətdən sonra yenidən Musa ïeyğəmbərə (ə) rast gəldi, ona təşəkkür edib razılığını bildirərək dedi: Mənim Allahıma de ki, axirətim üçün də nə saxlayıbsa onları da bu dünyada mənə versin. Həzrət Musa (ə) yenə də onun sözlərini Allah-Təalaya çatdırmağa həya etdi. Beləliklə növbəti görüşdə Allah-Təala Musa ïeyğəmbərə (ə) buyurdu: Ey mənim Peyğəmbərim, Mənim salamımı o cavana çatdır və ona de ki, Allah-Təala buyurur: O cavan Mənim imtahanımdan yaxşı keçdi, ona verilən mal-dövləti xəzinə edib altına yığmadı, onları yaxşı və gözəl işlərə sərf etdi, Mənim dostlarıma - bəndələrimə əl tutub kömək elədi, böyük səxavət göstərdi. Bütün bunlara görə Mən onun həm dünyasını gözəl, həm də axirətini layiqincə verdim. 
Bəli İmam Əlinin (ə) buyurduğu  kimi, "Dövlət insafla, ədalətlə cəmləşər". Başqa bir kəlamda isə belə buyurur: "Dostluqda sadiqlik əqlə dəlalət edir" və ya "Kişinin danışığı ilə əqlinə qiymət verərlər". İmam Əlinin (ə) gövhərbar kəlamlarından biri də hədiyyə haqqındadır. O buyurur: "Hədiyyə dünya bəlalarını rədd edər, sədəqə axirət bəlalarını". Haqqında söhbət açdığım adam, həmin dediyim "Yaxşı adam" məhz belə gözəl sifətlərə malik olan adamdır. İmam Əli (ə) buyurur: "İnsanlar yuxudadır, ölüm zamanı ayılırlar". Bəli, bu çox doğru bir kəlamdır. Amma mən (M.S.) bu qiymətli sözün və o sözləri deyənin qarşısında baş əyirəm və o sözün buyuranın ərköyün bir balası olduğum üçün cürət edib  deyirəm ki, yaxşı adam həmişə ayıqdır, ayıqdır ki, yaxşılıqlar edir. Böyük klassik şairlərimizdən olan Sədi Şirazi öz "Gülüstan" əsərində yazır.


... Ey ki, ïəncah rəfte dər xabi,
Məgər in ïəncruzə dəryabi. 
Xəcil on kəs ki, rəft kar nəsaxt,
Kusi-rehlət zədənd bar nəsaxt...


Mənası:

Ey əlli il yuxuya gedən, görəsən bu beş günü əldə edəcəksən? (Yenidən taïa bilərsən). O adam xəcildir ki, dünyaya gəldi və getdi, amma faydalı bir iş görə bilmədi. Dünyadan köçmə təbili də çalındı yükünü bağlamadı. Bəli, bu şeirdə şair insanları müsafirlərə bənzədir. Hardasa yolüstü bir əz dincəldikdən sonra yenidən yoluna davam etməlidirlər. Əlbəttə dünya bizim üçün müvəqqəti yaşayış yeridir. Birazdan hamımız əbədiyyət olan axirət aləminə qayıtmalıyıq. Biz buna hər zaman hazır olmalıyıq. Íə zaman köçmə təbili çalındı öz yükümüzü bağlayıb yola düşməliyik. Əlbəttə bu yük gözəl əməllərdən bağlanan bir yükdür. Məhz yaxşı adamlar öz yaxşı əməlləri ilə axirət yükünü həmişə bağlamaqdadırlar. Onlar hər zaman hazırdırlar.
İmam Əlidən (ə) soruşdular: İnsanlıq nə deməkdir? İmam buyurdu: "Dövlətli olsa, təvazökar olmalı, qüdrətli olanda bağışlamağı bacarmalı, az mal-dövlətdən səxavət etməli, minnətsiz bəxşiş verməli. Budur insanlıq". İmamın saydıqları bu gözəl keyfiyyətlər hər bir insanda olsa əlbəttə yaxşı adamdır. 
Çoxdan dostluq etməyimizə baxmayaraq haqqında bir şey yazmaq çalışdığı müəssisəninin fəaliyyətini işıqlandırmaq mənə qismət olmayıb. Íə vaxt istəmişəm ki razılığını alam, dostum buna imkan, şərait yaratmayıb. Mənim gördüyüm işlər göz qabağındadır deyib. Dövlət də bilir xalq da, bu mənim vəzifə borcumdur. Mənim yerimdə kim olsa o da belə edər, deyir mənim dostum, "Yaxşı adam"ım. Bəli, İmam Əli (ə) buyurur: "Kişinin fəxri öz fəzilətindədir, nəinki əsli - nəcabətində". Amma bunu da deyim ki, atalar da gözəl deyiblər: "Ot kökü üstə bitər". Bu "Yaxşı adam"ın  həm fəziləti var, həm də əsli-nəcabəti.
Bu yaxşı dediyim adam  neçə-neçə evsizlərə ev alıb verib, neçə cütlüklər üçün toy edib, neçə-neçə cavanlarvn ali təhsil almasına himayədarlıq edib, işçiləri üçün lazımi şəraitlər yaradıb...  Bu siyahını çox artırmaq olar. Bir sözlə gördüyü işləri Allah xatirinə etdiyi üçün  sadalamaq istəmədi bu yaxşı adam. Ona görə mən də yazmaq fikrindən yayındım. Qoy onun yaxşı adam olması Allah ilə öz arasında qalsın. Allah-təala ona qəlbinə görə versin. Amin. 
Bütün bunlara baxmayaraq çox çalışdım ki, onun haqqında nəsə bu yaxşılıqlara yaxşı sözlə mükafat verim,gözəl bir yazı yazım, amma nə yazdımsa "Yaxşı adam" ifadəsindən qiymətli bir kəlam taïa bilmədim...    


Var səndə zərif incə nəzakət, Baba müəllim,
Etdi məni heyran bu ləyaqət, Baba müəllim.

Zatundadı bu aliliyin sirri yəqindir,
Qalmış sənə nəsliundən əmanət, Baba müəllim.

Həqq şöləsidir çünki camalunda olan nur,
Hər üzdə görünməz bu səadət, Baba müəllim.

Qədrundu ki, haqq bəndələrin qədrini bildin,
Sakindi vücudunda ədalət, Baba müəllim.

Həm duzlu şirin xoş rəveşin var, həmi elmun,
Həm eşqin edir əhlə rəfaqət, Baba müəllim.

Qəlbindəki nur ilə işıqlandı ürəklər,
Çox razidı səndən bu vilayər, Baba müəllim.

Çox mehrini düzdün füqəra qeydinə qaldın,
İdad eləməkdir, sənə adət, Baba müəllim.

Sən ki elədin diqqət Əziz Pünhana, cəddim,
İmdadın olar rüzi-qiyamət, Baba müəllim.
 
Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-7657.html