Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi
12.02.10 03:32

Bu gün Mediya Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Araz Tədqiqatlar Mərkəzi tərəfindən nəşr olunan “Qarabağ Problemi” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən kitabın müəllifi Araz Aslanlı bildirdi ki, kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin kökləri, bu günkü vəziyyət, problemin həllinə dair əsas prinsiplər və digər mühüm məsələlər əks olunub. O qeyd etdi ki, Nazim Cəfərsoyun elmi redaktorluğu ilə 1000 nüsxə nəşr olunan kitab Azərbaycan və ingilis dillərində işıq üzü görüb və kitabın digər xarici dillərdə nəşri də nəzərdə tutulub. Millət vəkili Cəmil Həsənli isə bildirdi ki, Qarabağ problemi Azərbaycana sovetlər hakimiyyəti illərində gətirilib. Qarabağla bağlı xarici dillərdə nəşr olunan kitablarda “Naqornı Qarabağ” ifadəsinin işlədilməsini düzgün hesab etməyən C.Həsənli təklif edib ki, bu cür həssas məqamlardan bəhs edən kitablarda maliyyə mənbəyi olan təşkilatın adının qeyd olunması düzgün deyil. Onun sözlərinə görə, beynəlxalq aləmdə hansısa təşkilatın maliyyə dəstəyi ilə nəşr olunan kitablar tərəfli kitablar hesab olunur. Millət vəkili Fazil Mustafa isə ümumiyyətlə hər hansı kitabın əcnəbi dillərdə nəşr olunmamışdan əvvəl müəllifə və ölkəyə xələl gəlməməsi üçün hərtərəfli təhlil olunmasını təklif edib. Adı çəkilən kitabla bağlı fikirlərini bölüşən F.Mustafa bildirdi ki, kitabda İrəvanın Azərbaycandan ayrılaraq Ermənilərə verilməsi məsələsi də əks olunsaydı daha yaxşı olardı.
URL / WWW
http://kelam.az/article/a-765.html