Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baytarlıq Xidməti 4 gün gücləndirilmiş iş rejimində işləyəcək
27.12.12 20:09

Bayram günləri ərəfəsində Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində işləyəcək. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan, heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədilə reydlər keçiriləcək. 
Bildirilib ki, qeyd olunan vaxt ərzində Dövlət Baytarlıq Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
URL / WWW
http://kelam.az/article/a-7649.html