Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nazir İranın TAR davasına münasibət bildirib
27.12.12 18:19

“Beynəlxalq təşkilat öz qərarını qəbul edib. Belə ki, İran tərəfinin fikirlərinə qarşı müəyyən izahatlar verilib. Tar ifaçılıq sənətinin UNESKO-nun siyahısından çıxarılması mümkün deyil”. Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyinin bu gün keçirilən kollegiya iclasında deyib. 
O, bildirib ki, əgər hansısa ölkə bir ifaçılıq məktəbinin inkişafına verdiyi töhfəni özününkü kimi elan etmək istəyirsə, buyursun bu məsələyə qoşulsun: “Biz buna etiraz etmirik”.
Xatırladaq ki, Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərarı Strasburq Hökumətlərarası Komitəsinin dekabrın 3-7-də Parisdə keçirilən 7-ci sessiyasında qəbul olunub. İran Musiqi Evi isə tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib.
URL / WWW
http://kelam.az/article/a-7648.html