Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aydın Mirzəzadə Şimali Kiprə səfər edəcək
26.12.12 18:05

Adəm Abbaslı/AZADİNFORM. Milli Məclisinin deputatı Aydın Mirzəzadə Şimali Kiprə səfər edəcək. Millət vəlikinin “Azadinform”a dediyinə görə, onun Şimali Kiprə səfəri Doğu Akdeniz Universitetinin (DAU) və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəvəti ilə baş tutur. A.Mirzəzadə adı çəkilən qurumun təşkilatçılığı ilə DAU-də gerçəkləcək 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Azərbaycan – keçmişdən gələcəyə” adlı keçirilən beynəlxalq konfransa qatılaraq, “Türk xaqlarının həmrəyliyi dünyanın inkişafına töhfədir" mövzusunda çıxış edəcək.
Eyni zamanda o,  Şimali Kipr rəhbərliyi və DAU-nin rektoru və burada təhsil alan azərbaycanlı tələbələrlə də görüşəcək. Tələbələrlə görüş zamanı o, Kiprdə təhsil alan azərbaycanlı tələbələrin problemləri dinləyəcək və eyni zamanda onları maraqlandıran sualları cavablayacaq.

URL / WWW
http://kelam.az/article/a-7644.html