Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dram Teatrında “Qürbətdən gələn məktublar” oxunacaq
26.12.12 18:01

Bu gün Akademik Milli Dram Teatrında Həsən Həsənovun “Brüsseldən məktublar” əsəri əsasında hazırladığı “Qürbətdən gələn məktublar” tamaşasının premyerası keçiriləcək. Teatrdan verilən məlumata görə, dövlət sifarişi üsulu ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. 
Janrı iki hissəli dram kimi təyin olunmuş səhnə əsərində Xalq artistləri İlham Əsgərov (Mirzə Fətəli), Laləzar Mustafayeva (Tubu xanım), Hacı İsmayılov (Bencamin Qastino), Əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva (Firəngiz və Fransuaza), Əjdər Həmidov (Nəcəf), Kazım Abdullayev (Qriqor Orbeliani), Sabir Məmmədov (Bencamin Qastino), aktyorlar Elnar Qarayev (Rəşid), Şəhla Əliqızı (Firəngiz və Fransuaza) və Elçin Əhmədov (Patrik) ifa edirlər. 
Tamaşanın xronometrajı 120 dəqiqədir. 
Qeyd edək ki, adlarının altından xətt çəkilən ifaçılar premyera günündə səhnəyə çıxmayacaqlar.
URL / WWW
http://kelam.az/article/a-7643.html