Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nazarbayev Azərbaycana gəlir
25.12.12 18:06

Qazaxıstan prezidenti Nursultan Nazarbayev  gələn il Azərbaycana səfər etməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan prezidentinin “Strategiya 2050” adlı sənədinə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, səfərin tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir: “2013-cü il məhsuldar il olacaq, gələn il Azərbaycan xarici işlər nazirinin dəvəti ilə Qazaxıstan xarici siyasət idarəsinin yeni rəhbəri İdrisov, həmçinin Senatın sədri Mami Azərbaycana səfər edəcək. Səfərlərin tarixi dəqiqləşdirilməkdədir. Bundan başqa gələn il Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur”. 
URL / WWW
http://kelam.az/article/a-7640.html