Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Tağıyevə məxsus Quran qabı və dini kitablar nümayiş olunur
25.12.12 17:34

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub. Muzeydən  bildirmişlər ki, vitrində Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.
Quran qabı gümüşdən düzəldilmiş, qızıl suyuna çəkilmiş, mina və qiymətli daşlarla bəzədilmişdir. Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdirilmişdir. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilmişdir. 
Vitrində, həmçinin iki ədəd İslam dəyərlərini izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulmuşdur.
Hələ 1935-ci ildə muzeyə verilmiş əşyaların sənədləri bu qurumun əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanmışdır. Muzeyin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən, yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu, Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilmişdir.
URL / WWW
http://kelam.az/article/a-7639.html