Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Onlar da “Eurovision” təmsilçisini seçdi
24.12.12 20:27

“Eurovision–2013” mahnı müsabiqəsi üçün seçim turları davam edir. Ukrayna və Albaniya öz təmsilçilərini artıq seçib. Müsabiqənin rəsmi saytının yaydığı xəbərə görə, Ukraynanı bu yarışmada Zlata Ognevich təmsil edəcək. Zlata Ognevich həm tamaşaçı, həm də münsiflərin səsverməsi ilə seçilib. 
Zlata Ognevich müsabiqədə “Gravity” mahnısıyla yarışacaq. Albaniyanı isə müsabiqədə Adrian Lulgjuraj & Bledar Sejko təmsil edəcək. Cütlük Malmö səhnəsində “İdentiet!” mahnısı ilə çıxış edəcək. Ölkə təmsilçisi “Këngës” adı altında keçirilən festivalın qalibi olaraq bu müsabiqədə çıxış etmək haqqı qazanıb. Ölkənin milli seçim finalında “Eurovision–2011”in qalibləri Eldar Qasımov və Nigar Camal da qonaq qismində iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-7636.html