Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Əli Abbasovun 60 illik yubileyinin keçiriləcək
21.12.12 21:34

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) 2012-ci ildə AMEA-nın elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun yekununa həsr edilmiş iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, AMEA RH-in 2012-ci il 28 avqust tarixli sərəncamına uyğun olaraq, 2012-ci ildə müəssisə və təşkilatlar üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 288 yer (o cümlədən, 158 əyani, 130 qiyabi) təsdiq olunub. 
Onlardan qiyabi şöbəyə 5 yer Naxçıvan bölməsinə və 7 yer (2 əyani, 5 qiyabi) Gəncə Regional Elmi Mərkəzinə ayrılmışdır. 2012-ci il üçün bu yerlər üzrə imtahan keçirilmiş və qəbul olunmuş doktorantların mövzularına bölmələrdə baxılaraq RH-in müzakirəsinə çıxarılıb. İclasda sözügedən məsələ üzrə müzakirələr aparılaraq RH-in qərarı ilə təsdiq edilib.
İclasda bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Belə ki, 2013-2014-cü illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi-texniki tədbirlərin planı, AMEA Geologiya və Kimya Problemləri institutlarının strukturlarında qismən dəyişiklik edilməsi, AMEA Aşqarlar Kimyası və Kimya Problemləri institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Azər Sadıqovun Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilməsi məsələləri müzakirə olunaraq RH-in qərarı ilə təsdiq edilib. 
Akademik Əli Abbasovun 60 illik yubileyinin keçirilməsi, AMEA Rəyasət Heyətinin elmi-təşkilat şöbəsinin rəisi Əminağa Sadıqovun, AMEA xarici dillər kafedrasının baş müəllimi Budabə İsrafilbəyovanın, AMEA Fizika İnstitutunun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun və fizika elmləri doktoru Məmməd Abdullayevin AMEA-nın fəxri fərmanı ilə təltif olunması məsələlərinə də baxılıb və təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-7630.html