Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-nin fəaliyyəti Dünya Bankı tərəfindən qiymətləndirilib
20.12.12 17:41

Dövlət Sosial Müdafiə Fondu (DSMF) informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətinə görə xüsusi sertifikata layiq görülüb. DSMF-dən verilən məlumata görə, sertifikat Dünya Bankı tərəfindən “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyası üzrə verilib. 
Xatırladaq ki, DSMF Avropa Sosial Təminat Forumunun keçirdiyi “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilmişdi.
Fond bildirir ki, 2013-cü ildə əhaliyə göstərdiyi 20 növ elektron xidmətlərin siyahısını genişləndirilərək, 25-ə çatdıracaq. Yeni elektron xidmətlərin sırasına dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin onlayn qəbulu, ailə kəndli təsərrüfatının və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi və s. daxildir.
Qeyd edək ki, DSMF-nun rəsmi internet informasiya ehtiyatında (http://www.sspf.gov.az/eservices/)  yerləşdirilən mövcud elektron xidmətlərdən istifadə edənlərin sayında da artım müşahidə olunduğu bildirilir. İyun-noyabr ayları ərzində 21 min 544 sığortaedən tərəfindən 57 min 059 əməliyyat həyata keçirilərək cəmi 4 940 775,13 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin onlayn ödənişi həyata keçirilib.
Bildirilir ki, DSMF-nun göstərdiyi digər elektron xidmətlərə də müraciət edənlərin sayı artır. “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” adlı müasir məlumatlandırma sisteminin xidməti xüsusilə göstərilir. Belə ki, xidmət hər bir vətəndaşa onun üçün açılmış fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumat almaq imkanı yaradır.
URL / WWW
http://kelam.az/article/a-7623.html