Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Zəlimxan Yaqub sərt danışdı
20.12.12 17:26

“Bəzi adamlar orda-burda Aşıqlar Birliyinin, konkret desək, Zəlimxan Yaqubun adından danışır. Mən o adamların heç birinə səlahiyyət verməmişəm. Nə qədər mən bu sənətin başındayam, sağam, Azərbaycan aşıq sənətinə heç kim kölgə sala bilməyəcək”. Bunu AzNews.az-a xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirib.
Z.Yaqubun sözlərinə görə, Boyükbəy Ələkbəroğlu kimi aşıqlar onun adından istifadə edir: “O adam mənim adımdam danışır, adımdan istifadə edir. Onun haqqında nə yazılıbsa, düzdür. 
Əslində Böyükbəy pis adam deyil. Bu, aşıqların narazılığıdır. O, aşıqları bir-biri ilə düşmən edib, onlara doğmalıq etmir. Aşıq ozandı, məsləhət verəndir, dədədir, yol göstərəndir. Bir sözlə, aşıq xalqın dilidir. Xalqın dili ilə gərək alver etməyəsən”. 
Qeyd edək ki, Z.Yaqub İrandan Azərbaycana, Aşıqlar Birliyinə yol açan Böyükbəy Ələkbəroğlu ilə bağlı redaksiyaya yazılan şikayət məktubuna cavabında belə deyib. Məktubda B.Ələkbəroğlunun İranda Zəlimxan Yaqubun adından danışaraq, orada özünü aşıqların rəhbəri kimi təqdim etməsindən və aşıq sənəti adı altında dəllallıq etməsindən bəhs edilir. 
URL / WWW
http://kelam.az/article/a-7622.html