Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hesabatını təqdim etdi
10.02.10 21:53

Bu gün “Trend” İnformasiya Agentliyində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabat məruzəsini Fondun sədri Vüqar Səfərli təqdim edib. O, bildirdi ki, quruma ötən il dövlət büdcəsindən 1 mln. 304 min 160 manat vəsait ayrılıb. “Həmin vəsaitdən Fondun saxlanılması üçün 204 min 160 manat, inventar avadanlıqların alınması, mətbu nəşrlərin tərtib olunması, xüsusi bülletenlərin buraxılması, müxtəlif tədbirlərin keçirilməsi, ezamiyyə, ekspertlər, bank və Fondun fəaliyyəti ilə bağlı digər xərclərə 103 min 110, Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin fəaliyyətini dəstəkləmək, infomasiya kommunikasiya texnologiyalarının tətbiqini stimulaşdırmaq, KİV-lər arasında səmərəli əməkdaşlığı genişləndirmək və digər bu kimi proqramlar və layihələrin dəstəklənməsi üçün isə 1 mln. 100 min manat vəsait ayrılıb. Ayrlan vəsaitlər smetaya uğun olaraq müvafiq istqamətdə xərclənib”.-deyə V.Səfərli vurğulayıb. Fond sədri ştatda olan işçilərin əmək haqqlarına 14 min 645, ştatdan kənar əmək haqqlarına 15 min, əməyin ödənişi ilə bağlı digər işlər üçün isə 8 min 260, Dövlət Sosial Müdafiə Fonduna 8 min 339, inventar avadanlıqların alınmasına 50 min və digər işlərə ümumilikdə 2 yüz min 48 manat vssait ayrıldığını söyləyib. Milli Mətbuat günü münasibətilə 39 mətbu oranın hər birinə 10 min manat birdəfəlik yardım ayrıldığını diqqətə çatdıran V.Səfərli il ərzində Fond tərfindən 63 layihə maliyyələşdirildiyini və onlara 676 min 873 min manat, jurnalistlərin fərdi yazılarının mükafatlandırılmasına isə 33 min manat vəsait xərcləndiyini bildirib. “Cəmi xərclər 1 mln. 299 min 921 manat təşkil edib. Bank xərclərindən 4 min 2, layihələrin maliyyələşdirilməsindən 127 və nəzərdə tutulan digər ayırmalardan 110 manat qalıb”,-deyən V.Səfərli Fonda dövlət büdcəsindən bu ildə ötən ilki qədər vəsaitin ayrıldığını söyləyib. “Bu il Fondun büdcəsində 700 min manat artım olub. Bu isə onunla bağlıdır ki, əvvələr Vergilər Nazirliyi tərəfindən maliyyələşən dövlət qəzet və jurnallar indi Fond tərəfindən maliyyələşəcək. Həmin 700 min manat qeyd olunan mətbu orqanların maliyyələşməsi üçün nəzərdə tutulb”,-deyə V.Səfərli əlavə edib. O, qeyd edib ki, bu il ölkədə maliyyə durumu yaxşı olsa Fondun budcəsi artırla bilər. V.Səfərli jurnalistələr arasında 7 istiqamət üzrə elan olunan müsabiqəyə də toxunub. Bildirib ki, müsabiqədə ümumilikdə 15 jurnalist mükafatlandırılacaq və bunula bağlı martın 17-də tədbir keçiriləcək. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Şuranın üzvləri, Əflatun Amaşov, Müşviq Ələsgərli, Vüqar Rəhimzadə bu sahədəki beynəlxalq təcrübədən bəhs ediblər. Çıxışçılar ümumilikdə Fondun ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər. Millət vəkili Bəxtiyar Sadıqov da məsələ ilə bağlı fikirlərini bildirib.
URL / WWW
http://kelam.az/article/a-762.html