Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Hüseyn Caviddən yazan tələbələr mükafat aldı
19.12.12 19:34

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə təşkil etdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirib. Müsabiqə Azərbaycanın görkəmli mütəfəkkiri, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi ilə əlaqədar təşkil olunub. 
BDU-nun Filologiya, Jurnalistika və Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri arasında keçirilən məqalə müsabiqəsinin nəticələrindən asılı olaraq, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi qaliblərə müvafiq diplom, H.Cavid haqqında yazılmış kitablar və pul mükafatları təqdim edib.
Qeyd edək ki, yaxın günlərdə müsabiqəyə təqdim olunmuş və qalib gəlmiş məqalələr kitab halında çapdan çıxacaq.
URL / WWW
http://kelam.az/article/a-7619.html