Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 154 nəzarətçi TQDK-nın bazasından xaric edilib
18.12.12 20:18

Cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən qəbul imtahanlarına 4707 müəllim cəlb edilib, nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan olunub, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi bazadan xaric edilib.

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri ilə tanış olmaq üçün nəzarətçi-müəllimlərin çalışdığı orta ümumtəhsil müəssisələrinə məktub ünvanlanıb. 
Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 1080 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 196 müəllim fəxri fərmanlarla təltif edilib. Bakı şəhərinin 13, 55, 73, 204, 258, 263, 271, 283, 286 nömrəli tam orta məktəblərinin müəllimlərinin prosesdə nümunəvi fəaliyyəti ilə seçildiyi müəyyənləşdirilib.  
URL / WWW
http://kelam.az/article/a-7615.html