Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İranın TAR davasına aydınlıq gətirilib
18.12.12 19:17

“Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. İran Azərbaycana tarın mövcud təsvirini genişləndirməyi təklif edə və alətin istifadəsi ilə bağlı öz versiyasını təqdim edə bilər ki, buna da heç nə mane olmur”. 
Bu rəy UNESCO tərəfindən Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərarına İran Musiqi Evinin etiraz etməsindən sonra verilib. Məsələyə aydınlıq gətirən UNESCO-nun mətbuat xidmətin əməkdaşı Luçiya İqlesias deyib ki, bu qərar tarın yalnız Azərbaycanda istifadə edilməsi anlamına gəlmir və UNESCO-nun prosedurlarına uyğun olaraq müvafiq ərizə hər il martın 31-nə qədər təqdim oluna bilər: “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı imzalamış dövlətlər bu və ya digər mədəni elementin qeydiyyatı üçün birgə ərizə verə bilər. Məsələn, 2009-cu ildə UNESCO İran, Azərbaycan və bir sıra digər ölkələrin təşəbbüsü ilə Novruz bayramını qeydiyyata alıb. Bundan başqa, istənilən ölkə öz ərazisindəki hər hansı mədəni irslə bağlı birtərəfli qaydada nominasiya təqdim edə bilər. Ərizələr prosedur qaydalarına uyğun şəkildə və vaxtda təqdim edilməlidir. Komitə ərizəni müzakirə etdikdən sonra müvafiq qərar qəbul edir”.
URL / WWW
http://kelam.az/article/a-7613.html