Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib
11.02.10 03:53

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi olan “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, kitab Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs edir. Onun sözlərinə görə, hər bir millət üçün ən böyük itki torpaqlarının itirilməsidir. Ə.Əhmədov kitabın rus və ingilis dillərinə tərcümə edilərək dünya ictimaiyyətinə təqdim ediləcəyini söyləyib. AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov kitab haqqında geniş məlumat verib. O, bildirib ki, kitabda yalnız tarixi sənədlərə istinad olunub. “Kitab ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. Çünki ulu öndər bizə Azərbaycan tarixini düzgün araşdırıb yazmağı tövsiyə edirdi. Eyni zamanda, göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə də təşəkkürümüzü bildiririk”,-deyə Y.Mahmudov vurğulayıb. Mərasimdə Milli Məclisin deputatları - akademik İsmayıl Hacıyev, YAP Siyasi Şurasının üzvü Musa Quliyev və tarix elmləri doktoru Fəzail İbrahimli çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər.
URL / WWW
http://kelam.az/article/a-761.html