Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » "Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"
18.12.12 18:37

“Münaqişə tərəfləri arasında hər hansı üçüncü qüvvənin olmaması müharibənin hər an başlaya bilməsi üçün şərait yaradır”. Bu fikirləri Strateji Araşdırmalar Mərkəzində keçirilən brifinqdə qurumun direktoru Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaqda və danışıqların aparılmasında maraqlıdır: “Lakin Ermənistan danışıqları süni şəkildə uzadır və əsas bəhanə kimi Ermənistanda keçiriləcək prezident seçkilərini göstərir. Ölkəmiz müharibədən imtina etməyib, çünki bu bizim təbii haqqımızdır. Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər. Çünki bunu qarşısında duran hər hansı bir fiziki sədd yoxdur”.

SAM direktorunun sözlərinə görə, Azərbaycan danışıqlarda 2013-cü il ölkədə keçiriləcək prezident seçkilərini bəhanə kimi istifadə etmir: “Çünki Azərbaycan xalqının və hakimiyyətinin Dağlıq Qarabağ probleminə yanaşmada vahid mövqeyi var”.

URL / WWW
http://kelam.az/article/a-7608.html