Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Tələbələrin topladığı kreditin sayı qaldırıldı
10.12.12 20:16

Bakalavr səviyyəsində təhsil alan tələbələrin kredit sayı qaldırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bənd Nazirlər Kabinetinin "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda etdiyi dəyişikliklərdə əks olunub. Təhsil Nazirliyinin təklifi nəzərə alınaraq edilən dəyişikliyə görə, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilib. Dəyişikliyə görə, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qeyd edək ki, əvvəlki Qaydalarda qeyd olunub ki, bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır.
URL / WWW
http://kelam.az/article/a-7605.html