Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Siyavuş Novruzov: Azərbaycan NATO ilə fəal şəkildə əməkdaşlıq edir
11.12.12 02:16

“Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində NATO ilə fəal şəkildə əməkdaşlıq edir. Bu baxımdan, Əfqanıstan məsələsində NATO-nun yeni missiyasında Azərbaycanın bu təşkilatın tərəfdaşı kimi qəbul olunması məntiqli və əhəmiyyətlidir. Yəni ölkəmizin indiyədək göstərdiyi səylərin nəticəsidir ki, bu nüfuzlu beynəlxalq qurum özünün Əfqanıstanla bağlı 2014-cü ildən sonrakı missiyasında da Azərbaycana xüsusi önəm verib”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycan beynəlxalq koalisiyanın tərkibində dünyada sülhyaratma prosesində fəal tərəfdaşlardan biridir. Ölkəmizin hərbçilərinin Kosovada və İraqda sülhün təmin olunmasında yaxından iştirak etdiyini xatırladan S.Novruzovun sözlərinə görə, hazırda silahlı qüvvələrimiz Əfqanıstanda da sülhyaratma missiyasında fəal iştirak edir.“Bununla bağlı Milli Məclis müvafiq qanun da qəbul edib. Əfqanıstanda ən həssas sahələrdən biri olan içməli su təchizatı mənbələrini Azərbaycan silahlı qüvvələri qoruyur. Məhz bu fəaliyyətin nəticəsidir ki, NATO rəhbərliyi dəfələrlə Azərbaycan sülhməramlıları haqqında yüksək fikirlər bildiriblər. Həqiqətən də, bu bölgədə yüksək nizam-intizama malik olan hərbi kontingentimiz var. Ümumiyyətlə, 2007-ci ildən etibarən Azərbaycan NATO standartları əsasında strategiyasını qurub və bu strategiya əsasında da işlərini davam etdirir. Ordunun həm təchizatı, həm təhsili, həm nizam-intizamı və silahlanması NATO standartlarına uyğundur. Bütövlükdə, Azərbaycan NATO-nun 300-dən artıq proqramında iştirak edir. Bu postsovet ölkələri arasında ən yüksək göstəricilərdən biridir” - deyə S.Novruzov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7604.html