Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Siyasi partiyalar büdcədən ayrılan vəsaiti cəmiyyət üçün faydalı məsələlərə sərf etməlidirlər”
10.12.12 20:16

«Ölkəmizdə siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Ümumiyyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq. Onun sözlərinə görə, müvafiq qanunvericilik siyasi partiyaların maliyyə mənbələrini göstərir. Belə ki, dövlət yardımı ilə yanaşı, üzvlük haqları, müxtəlif mənbələrdən alınan ianələr və s. daxildir. «Bu baxımdan, büdcədən ayrılan vəsait heç də üzvlük haqlarının toplanmasını dayandırmayacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün istifadə olunacaq. Və bu maliyyə partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək. YAP ölkəmizin ən aparıcı partiyası kimi özünün maliyyə xərclərini ödəməyə qadirdir. Partiyamız dövlət vəsaitini isə qanunvericiliyə uyğun şəkildə istifadə edəcək. Hesab edirəm ki, digər siyasi partiyalar da büdcədən ayrılan vəsaitdən özlərinin inkişafı ilə yanaşı, cəmiyyət üçün faydalı olan məsələlərə də sərf etməlidirlər» - deyə YAP icra katibinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7603.html