Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın eksperti Finlandiyanın Helsinki şəhərində mübadilə proqramında iştirak edir
10.12.12 20:16

Dekabrın 4-16-sı tarixlərində SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gulmira Rzayeva Helsinki Universitetinin Aleksanteri İnstitutu tərəfindən qonaq elmi işçi qismində mübadilə proqramında iştirak etmək üçün dəvət alıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, proqram Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Geniş Avropa Təhlükəsizlik Təşəbbüsünün bir hissəsi olan “Cənubi Qafqaz sərhədlər xaricində: münaqişələr, əməkdaşlıq və inkişaf” layihəsi çərçivəsində həyata keçirilir. Proqramda, həmçinin Kembric Universitetin doktorantı, ADA-nın elmi işçisi Murad İsmayılov da iştirak edir. Səfər çərçivəsində 11 dekabr tarixində Gulmira Rzayeva və Murad İsmayılov Yohansu Universitetində, 12 dekabr Tampere Universitetində və 13 dekabr tarixində isə Aleksanteri İnstitutunda məruzə ilə çıxış edəcəklər. Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov da iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-7602.html