Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fərdi yolla Quran öyrədilməsi qadağan ediləcək
11.02.10 04:51

Bu ildən etibarən müqəddəs Qurani-Kərimi öyrənmək istəyənlər yalnız mütəşəkkil kurslarda təhsil alacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimov bildirib. Onun sözlərinə görə, Komitə tərəfindən dini icmaların və dini mağazaların qeydiyyatı məsələsi başa çatdırıldıqdan sonra Qurani-Kərimin öyrədilməsi məsələsinə baxılacaq. “Hazırda “Quran” öyrənmək istəyənlər fərdi qaydada məscidlərdə təhsil alırlar. Belə halda təhsilin necə və kim tərəfindən həyata keçirilməsinə nəzarət etmək mümkün deyil. Məhz bunu nəzərə alaraq mütəşəkkil kursların təşkili vacibdir”,-deyə F. Kərimov bildirib. F.Kərimov qeyd edib ki, mütəşəkkil “Quran” kurslarına lisenziya veriləcək və onlar bir sıra şərtlərlə fəaliyyət göstərəcəklər. Onun sözlərinə görə, ilk növbədə kursların keçirilməsi üçün şərait, yəni xüsusi otaqlar təşkil olunmalı, kurslarda dərs deyən müəllimlər Azərbaycan vətəndaşı olmalıdırlar. F.Kərimov bildirib ki, müəllim tədris proqramı hazırlamalı və o proqram əsasında dərs deməlidir. Yetkinlik yaşına çatmayan uşaqlar kurslara gələndə valideynlərin razılığını təsdiq edən sənədin olmasının vacibliyini vurğulayan F.Kərimov qeyd edib ki, hazırda Gəncədə məsçidlərdə 5 dini təhsil alan müəllim təxminən 30 nəfərə “Quran” mütaliəsi öyrədir. O, bildirib ki, hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində mütəşəkkil Quran kurslarına aid xüsusi təlimat hazırlanır.
URL / WWW
http://kelam.az/article/a-760.html