Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Nəhcüdl-fəsahə
19.10.09 14:58

Həzrət Peyğəmbərin (s) buyurduğu kəlamlar XÖRƏK VƏ TƏAM (26)  1. Qullar kimi əyləşirəm və onlar kimi yemək yeyirəm. 6 2. Allah yanında ən yaxşı yemək odur ki, çox əl orada iştirak edir. 82 3. Sizin ən yaxşı yeməyiniz odda bişən yeməkdir. 549 4. Allah-təalanın yemək yeyib şükr edən bəndədən xoşu gəlir və su içib şükr edən bəndədən də həmçinin. 791 5. Yemək yeyib şükr edən bəndənin əcri oruc tutub səbr edən insan kimidir. 885 6. İsrafın bir qismi, bir hissəsi budur ki, nə istəyirsən (bütün istədiyini) yeyirsən. 918 7. Bazarda yemək yemək alçaqlıq, səviyyəsizlik əlamətidir. 1060 8. Xidmətçi ilə birlikdə yemək təvazökarlıqdandır. 1061 9. Ən pis toy süfrəsi odur ki, varlılar orada yeyə, kasıblar məhrum ola (buraxılmaya). 1080 10. Yeməyinizi soyudun ki, sizin üçün orada bərəkət olsun. 1088 11. Çox təam yeyib şükr edənlər var ki, onların əcr-muzdu oruc tutub səbr edəndən artıqdır. 1646 12. Yeməyin təmizliyi və paklığı, yeməyi, dini, ruzini artırar. 1906 13. Yeyib şükr edən, oruc tutub səbr edən kimidir. 1920 14. Zeytun yeyin və ondan (yeməkdə və s.) istifadə edin, çünki mübarək ağacdandır. 2179 15. Mömindən başqasıyla yoldaşlıq etmə, pəhrizkar və təqvalıdan başqa sənin yeməyini hes kəs yeməsin. 2460 16. Adəm övladının doldurduğu ən pis qab, onun qarnıdır. Adəm övladı üçün onun bədənini saxladığı qədər yemək kifayətdir. 2697 17. Hər kim yeyə, başqası ona baxa və bu, ona heç nə verməyə, dərmanı olmayan bəlaya düşər. 2777 18. Hər kim yemək və ərzaq satırsa, kamil satsın. 3039 19. Ən pis yemək və qonaqlıq «vəlimə» (toy üçün və s. verilən yemək) odur ki, istəyənə verməyələr, amma istəməyəni çağıralar. 1807 20. Səxavətlinin verdiyi yemək dərmandır, paxılın yeməyi isə dərddir. 1900 21. Hər kəs öz qazandığı yeməkdən yaxşısını yeyə bilməz (yəni ən ləzzətlisi odur). Allah-təalanın peyğəmbəri Davud (ə) öz əlinin qazancını yeyərdi. 2620 22. Birlikdə yeyin, parçalanmayın, birinin yeməyi iki nəfərə kifayət edər. İki nəfərin yeməyi üç-dörd nəfərə kifayət edər. Birlikdə yeyin və parçalanmayın ki, bərəkət camaatla və birlikdədir. 2180 23. Hər kəs xəstəyə istədiyi yeməyi versə, Allah-təala Behişt meyvələrini ona yedirdər. 2944 24. Ac müsəlmanı yedirtmək, bağışlanmağın səbəblərindəndir. 3035 25. Qəlblərinizi çox yeyib-içməklə öldürməyin. Ürək əkin kimidir, çox su versən ölər. 2489 26. Yeməkdən əvvəl dəstamaz almaq fəqirliyi aparar, sonra dəstamaz almaq isə vas-vasılığı yox edər və gözə qüvvət verər. 3198
AĞAJ ƏKMƏK (2)
1. Əgər Qiyamət başlasa və sizin birinizin əlində əkmək üçün çubuq olsa, onu əkə bilərsə, əksin. 2. Ümidli olmaq Allah tərəfindən mənim ümmətim üçün rəhmətdir. Əgər ümid olmasaydı, ana övladına süd verməzdi, heç kəs ağac əkməzdi. 936 QÜRUR, TƏKƏBBÜR, XUDBİNLİK (5)
1. Xudbinlik, eqoistlik, qürur yetmiş illik ibadəti məhv edər. 656 2. Şeytanın damları və tələləri var, onun tələləri budur ki, Allahın nemətlərilə qürrələnələr, onun bəxş etdiyi ilə fəxr edələr, Allahın bəndələrinə təkəbbər və lovğalıq edələr, işlərində öz nəfslərinə tabeçilik edələr. 882 3. Allah-təala cavanlıq etməyən cavanı tərif edər. 729 4. Kişinin elmində bu kifayət edər ki, Allahdan qorxur. Kişinin cahil olmasına isə bu kifayət edər ki, məğrur və özünə məftundur. 2128 5. Kişinin elmi və alimliyi bu qədər kifayət edər ki, Allaha pərəstiş edir. Kişinin nadanlığına isə bu kifayət edər ki, yalnız öz rəyi və fikrilə kifayətlənsin. 2129 QƏRİB, QÜRBƏT, BİGANƏ, YAD (3)
1. Dünyada elə ol ki, guya qəribsən və yol keçənsən, özünü qəbiristan əhlindən hesab et. 2186 2. Dünyada qəriblik dörd dəstədir: zalımın əlində olan Quran, cəmiyyət arasında olan məscid ki, onda namaz qılınmır, evdə olub oxunmayan Quran, saleh və mömin bir kişi ki, pis insanların arasındadır. 2038 3. Hər kim ki, qərib ölsə, şəhid olubdur. 2871 HƏRB, MÜHARİBƏ (1)
1. Allah-təala «Bədr» iştirakçılarına baxdı və dedi: «Nə istəyirsiz edin ki, sizi bağışladım». 685 ŞƏRİƏT HÖKMÜNƏ ƏSASƏN YUYUNMAQ (4)
1. Üç şey hər bir müsəlmana vacibdir: cümə qüslu, dişə misvak vurmaq, ətir işlətmək. 1256 2. Allah-təala həyalı və eyibləri pərdələyəndir. Həya və pərdə  (başqalarının eybini) örtməyi sevir. Bəs sizlərdən biriniz qüsl edən zaman özünüzü örtün. 694 3. Hər bir müsəlmanın boynunda Allah tərəfindən haqq var: həftədə bir dəfə Allaha görə qüsl edə, başını, bədənini yuya. 2039 4. Qəzəb şeytandandır, şeytan oddan yaranıb, odu su söndürür. Elə ki, qəzəbləndiniz qüsl edin. 2039 QƏSB ETMƏK (BAŞQASININ MÜLKÜNÜ QEYRİ-QANUNİ ZƏBT ETMƏK) (4)
1. Tikintidə haram daş işlətməkdən çəkinin ki, viranəlik və xarabalığa səbəb olar. 38 2. Ən böyük zülm odur ki, kişi əkin yerini qardaşının haqqından zəbt edə. Zəbt etdiyi torpağın hər bir qum dənəsi Qiyamət günü (zəncir kimi) onun boynuna çevrilər. 353 3. Böyük günahlardan biri budur ki, başqasının malını haqsız və nahaq isitifadə edəsən. Xəstəni yoxlamaq  yaxşı işlərdəndir. 909 4. Hər kəs bir qarış belə olsa başqasının torpağını nahaqdan zəbt etsə, Qiyamət günü Allah onu məcbur edib, yerin yeddinci qatının dərinliyinə qədər qazdırar və onun boynuna zəncir kimi salarlar, o qədər ki, camaatın işləri qurtarar. 1032 QƏZƏB   (8)
Əgər sizlərdən biriniz müsəlmanlar arasında qəzavat etsəniz, gərəkdir ki, qəzəbli olan halda qəzavatdan çəkinəsiz. Dava tərəflərinin arasında baxışda, oturmaqda və işarədə fərq qoymayasız. 125 Sultan və padişah qəzəbləndikdə şeytan güc gələr və qalib olar. 176 Dörd şey kimdə olsa, Allah-Təala atəşi ona haram edər və onu şeytandan qoruyar: bir şeyi istədikdə (rəğbət etdikdə), qorxduqda, şəhvət güc gəldikdə və qəzəbləndikdə özünə sahib olmağı (ələ almağı) bacarmaq. 258 Bilin ki, qəzəb bir atəşdir ki, insanın qəlbində şölələnir, məgər görmürsənmi hirslənən vaxt onun gözləri qızarır, damarları görünür. 466 Hər kim Allah-təaladan bir şey istəməsə, Allah ona qəzəb edər. 925 Allah-təala öz hikmət və fəzilətilə asayiş, əmin-amanlıq və şadlığı yəqin və razılığda qoyubdur, qəm-qüssəni isə şəkk və qəzəbdə qoyubdur. 679 Qəzəblənmə! Çünki qəzəb fəsad və xarablıqlara səbəb olur. 2471 Hər kim qəzəbinin qarşısını alsa, Allah-təala əzabını ondan saxlar (uzaq edər). Hər kim dilini saxlasa, Allah onun eybini örtər. 3004 QUL (10)
1. Sizin qullarınız sizin qardaşlarınızdır. Allah onları sizin əlaltınız qərar verib. Hər kəsin qardaşı onun əlaltısı (əlinə baxan) olsa, gərək  öz yeməyindən ona yedirdə, öz paltarından ona geydirə, onun gücü və taqəti çatmayan işi ona etdirməyə. Əgər ona ağır iş versə, özü də ona kömək etməlidir. 113 2. Öz qullarınızı yola verin. Hər nə yeyirsiniz onlara verin, hər nə geyinirsiz onları da geyindirin. Bir günah etdikləri zaman onları bağışlamaq istəməsəniz, onları satın, əzab verməyin. 265 3. Sizin qullarınız qardaşlarınızdır, onlara yaxşılıq edin. Öz ağır işlərinizdə onlardan kömək istəyin və onların ağır və çətin işində onlara kömək edin. 266 4. Öz qullarınızla rəftarda Allahı yaddan çıxartmayın (insaflı olun), bədənlərini örtün, qarınlarını doyurun və onlarla mülayim danışın. 484 5. Üç dəstəyə kömək etmək Allahın haqqıdır (üzərindədir): Allah yolunda cihad edənə; azadlığı üçün qərar verib onun qiymətini ödəmək istəyən qula; abır-həyasını qorumaq üçün evlənən kəsə. 1219 6. Üç şey var ki, onda zarafat olmaz: təlaq (boşanmaq), evlənmək (nigah), qul azad etmək. 1263 7. Günah üçün bu kifayətdir ki, qulun yeməyini verməyəsən. 2137 8. Qulun layiqli yemək haqqı var. Bir iş ki, onun gücü çatmaz, öhdəsinə qoymasınlar. 2273 9. Hər kimi, birinin arvadı və ya qulu aldada, bizdən deyil. 2929 10. Hər kəs öz qulunu zülm ilə vursa, Qiyamət günü ondan qisas alacaqlar.  3031 QƏM-QÜSSƏ  (13)
1. Dörd şey əgər varındırsa, səndə olmayan şeylərin qəmini çəkmə: düz danışmaq; əmanəti qorumaq; gözəl əxlaq; yeməkdə iffətli və həyalı olmaq. 251 2. Allah öz hikmət və fəzilətilə asayiş (sülh) və şadlığı yəqin və razılıqda qərar verib. Qəm-qüssəni isə şəkk və qəzəbdə qoyub. 679 3. Behiştdə bir dərəcə var ki, qəm-qüssə görənlərdən başqa ora heç kim getməz. 865 4. Qədərə inanmaq qəm-qüssəni aparar. 1068 5. Sədəqə verməklə qəm-qüssənin qarşısını alın ki, Allah zəhmətinizi yox etsin, sizi düşmənlərinizə qalib etsin. 1134 6. Dünyanın qəm-qüssəsindən uzaq olun. Çünki hər kəsin dünya qəm-qüssəsi çox olsa, Allah onun var-dövlətini çox edər, fəqirliyi isə onun gözünün qabağında qoyar. Amma hər kimin axirət qəmi çox olsa, Allah işlərini tənzimləyər və ehtiyacsızlığı onun qəlbində qərar verər. 1169 7. Tədbir və düzgün idarəetmə yaşayışın yarısıdır, camaatla müdara və yola vermək əqlin yarısıdır, qəm-qüssə qocalığın yarısıdır, ailənin az olması var-dövlətli olmağın yarısıdır. 1203 8. Qəm ilə həmdəm olun ki, qəlbin çırağıdır, özünüzü ac və susuz saxlayın. 1971 9. Çox mal-dövlət qəmini çəkmə ki, qədərində nə var onu görəcəksən, nə ruzin var sənə yetəcək. 2480 10. Hər kim dünyada möminin qəmlərindən aparsa, Allah axirətin qəmlərindən (onun üçün) aparar. Hər kim kasıba, yoxsula kömək etsə, Allah onun çətinliyini dünya və axirətdə asan edər. Hər kim dünyada müsəlmanın sirrini örtsə, Allah dünya və axirətdə onun sirrini örtər. 2756 11. Hər kim ki, özü pis olsa, özünü əziyyətdə saxlayar. Hər kimin qəmi çox olsa bədəni inciyər. Hər kim camaatla mübahisə etsə, hörmət və böyüklüyü gedər və comərdliyi məhv olar. 8002 12. Bəla və müsibət, xəstəlik, qəm-qüssə dünyanın cəzasıdır. 3114 13. Qəm qocalığın yarısıdır. 3172 QINA  (1)
1. Qına, müsiqi (həddini aşmış musiqi, zəngulə və s.) qəlbdə münafiqlik və nifaqı cücərdər. Necə ki, su əkini cücərdir. 2041 QƏNİMƏT (VƏ YA ZƏHMƏTSİZ GƏLİR) (3)
1. Altı şeyi mənə söz verin, mən də Behişti sizə söz verim: irsi bölən zaman bir-birinizə zülm etməyin; camaatla insafla rəftar edin; düşmənlə müharibə etdikdə qorxaq olmayın; qənimət bölgüsündə xəyanət etməyin; zalımı məzlumdan uzaqlaşdırın. 322 2. Beş şeyi beş şeydən qabaq qənimət say: cavanlığı qocalıqdan qabaq; sağlamlığı xəstəlikdən qabaq; varlılığı ehtiyacdan qabaq; azad olmağı və sərbəstliyi məşğuliyyətdən qabaq; diriliyi ölümündən qabaq. 372 3. Dörd şeyi dörd şeydən qabaq qənimət say: cavanlığı qocalıqdan qabaq; sağlamlığı xəstəlikdən qabağ; varlılığı fəqirlikdən qabaq; həyatını ölümündən qabaq. 1073 VAR-DÖVLƏTLİ OLMAQ  (8)
1. Allah-təala təqvalı, varlı, mehriban bəndəni sevir. 457 2. Varlıların yanına az gedin, belə olan halda Allahın nemətini xar etməyəcəksiniz. 434 3. Ədalət yaxşıdır, lakin əmirlərdə (şahlarda) olsa daha yaxşıdır. Səxavət gözəldir, lakin varlılarda olsa daha gözəldir. 2006 4. Ən böyük varlılıq odur ki, başqasının əlində olan şeylərdən məyus olasan (gözünü çəkəsən). Sizdən hər biriniz tamah dalınca getsə, yavaş getsin. 2042 5. Sizin birinizin ip götürüb odun arxasına bağlaması daha asandır, nəinki bir kiişinin yanına gedə ki, Allah öz fəzilətindən ona bir şey verib ki, ondan bir şey istəyə, ya verə, ya da verməyə. 2367 6. Ehtiyacsızlıq və varlılıq malın çoxluğu ilə deyil. Həqiqi varlılıq daxili varlılıqdır. 2382 7. Vay olsun varlılara fəqirlik cəhətindən (yəni əgər onlara baxmasalar). 8. İnsanların ən varlısı o kəsdir ki, tamaha düçar deyil. 380 KAHİN VƏ QEYBİ DEYƏN (2) 
1. Qeybi deyən şəxs (falçı), Cəhənnəmə qovuşacaq. 532 2. Hər kim falçı – kahinin yanına getsə və onun dediyini təsdiq etsə, Həzrəti Mühəmmədin dininə kafir olub. 2991 QEYBƏT (14)
1. O zaman ki, bir məclisdəsən, bir kişinin pisliyi haqqında danışırlar, o kişiyə kömək ol, o camaatı pislikdən saxla (qarşısını al) və oradan qalx. 247 2. Dilinizi müsəlmanlar haqqında pis deməkdən saxlayın. Onlardan biri öldükdə yalnız xeyrinə danışın. 264 3. Beş iş vardır ki, orucu batil edər və dəstəmazı sındırar: yalan, qeybət, söz gəzdirmə, şəhvətli baxış və yalan and. 1459 4. Oruc tutan səhərdən axşama qədər nə qədər ki, qeybət etməyib ibadətdədir, elə ki, qeybət etdi onun orucu paralanır və məhv olur. 1855 5. Qeybət odur ki, (dini) qardaşını onun xoşu gəlməyən şeydə yad edəsən. 2044 6. Qeybət etməyin kəffarəsi etdiyinin haqqında bağışlanmaq diləməkdir. 2143 7. Fasiqin (açıq-aşkar günah edən) qeybətini etmək günah deyil. 2408 8. Elə ki, mənim Rəbbim məni meraca apardı, bir qövmün yanından keçdim ki, misdən dırnaqları var idi, üz və sinələrini cırırdılar. Dedim: «Ey Cəbrayıl, bunlar kimlərdir»? Dedi: «O kəslərdir ki, camaatın ətini yeyirdilər və onların irzi-namusundan danışırdılar». 2284 9. Bir şey ki, istəmirsən qardaşın üzləşsin, (onu desən) qeybətdir. 2655 10. Hər kim həya pərdəsini yırtsa, qeybəti halaldır. 2802 11. Hər kimin yanında müsəlman qardaşının qeybətini edələr, kömək edə bildiyi halda kömək etməsə, Allah onu dünya və axirətdə xar edər. 2949 12. Hər kəs bir kişinin onda olan sifətini desə, qeybət etmiş sayılır. 3009 13. Müsəlmanların qeybətini etməyin və onların eyblərini axtarmayın. 2470 14. Qeybətdən uzaq olun, çünki qeybət zinadan da pisdir. Zina edən şəxs tövbə etdikdə Allah bağışlayır, amma qeybəti olunan şəxs bağışlamasa günah bağışlanmır. 996 Qeyrət (namus)  (5)
Allah-təala qeyrətlidir və qeyrətli kişini sevir. 706 Allah-təala qeyrətlidir və mömin qeyrətlidir. Allah-təalanın qeyrəti budur ki, mömin bir işə mürtəkib ola ki, Allah o işi haram eləyib. 764 Qeyrət imandandır, amma özbaşınalıq munafiqlik və nifaqdandır. 2045 Allah-təala müsəlmanların qeyrətini çəkir, onlar da gərək birinin qeyrətini çəksin. 808 Həqiqətən Allah-təala qeyrətli bəndəsini sevir. 752 FACİR (PİS İŞ SAHİBİ) (6)
1. Necə ki, üzümün tikanını yığmaq və dərmək olmaz, pis əməl əhli də yaxşıların məqamını tapa bilməz. Hər hansı bir yolu istəyirsiz gedin, hansı yolla getsəniz onun əhlindən olacaqsınız. (2183) 2. Mömin məsəli əkinin gövdəsi kimidir hər tərəfdən ki, külək əssə onu əyər. Elə ki, külək sakitləşdi gövdə düzələr. Mömin də belədir ki, bəlalarda əyilər. Pis iş sahibi (facirin) sənubər ağacı kimidir möhkəm və yerində, elə ki, uca Allah istəsə, onu sındırar. (2727) 3. Möminin məsəli zahiri görünüşü xarab olmuş ev kimidir ki, daxil olduqda onu təmiz və pakizə görürsən. Pis iş sahibinin məsəli uca əhənglənmiş qəbir kimidir ki, onu görən təəccüblənir, amma onun içərisi üfunətlə doludur.  (2730) 4. Mömin - şərafətli və kəramətlidir, facir (günahkar) – aldadan və çox alçaqdır. (3087) 5. İnsanlar üçün bir zaman gələcəkdir ki, kişi bacarıqsızlığı və günah arasında qalacaqdır. O zaman bacarıqsızlığa üstünlük versin və pis iş etməsin. (1752) 6. Pis əməl sahibi uca olan Allahın rəhmətinə ümidvardır, (Allahın rəhmətindən) məyus olan abiddən Allaha yaxındır. (2062) FASİQ (3) (YOLUNU AZMIŞ)
1. Əzab məmurları (mələklər) Quran oxuyan fasiqləri bütpərəstlərdən daha tez cəhənnəmə apararlar. Onlar deyərlər bizi bütpərəstlərdən qabaq aparırsınız? Onlara cavab verərlər: Bilənlər bilməyənlər kimi deyil. (1709) 2. Cihad dörd qisimdir. Əmr be məruf, nəhy əz münkər, səbr edərkən düzlük, fasiqə nifrət etmək. (1337) 3. Fasiqin qeybəti sayılmır (yəni günah deyil). (2408)
URL / WWW
http://kelam.az/article/a-76.html