Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın əməkdaşları Səudiyyə Ərəbistanında beynəlxalq konfransda iştirak ediblər
10.12.12 14:55

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun aparıcı məsləhətçisi Cavanşir Orucov dekabrın 2-dən 4-dək Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirilməsi üzrə Milli Mərkəzinin dəvəti ilə Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak ediblər. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, “Ali təhsil üzrə qəbul meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən 100-dən çox nümayəndə iştirak edib. Konfransda 60-a yaxın məruzənin təqdimatı olub. Dekabrın 4-də “Qəbul meyarları üzrə beynəlxalq təcrübələr” adlı sessiyada Samirə Həsənzadə “Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul” mövzusunda məruzəni təqdim edib. Konfransda digər ölkələrin qiymətləndirmə sahəsində təcrübələri, testlərin hazırlanma texnologiyası, qəbul testlərinin nəzəri əsasları və hazırlanmasının mərhələləri, testlərin ballarla qiymətləndirilməsi və təhlili, test imtahanının keçirilməsi, qəbul imtahanları meyarları üzrə beynəlxalq təcrübə, qəbul testləri və cəmiyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə və s. mövzularda məruzələr dinlənilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-7596.html